• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.8° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Niyazi Tağızadənin doğum günüdür

20 Avqust, 26 / 13:56
A A

20 avqust – “Təbrizim”, “Dağlar qızı” mahnılarının müəllifinin doğum günüdür.

Zefer.media xəbər verir ki, Azərbaycanlı dirijor və görkəmli bəstəkar Niyazi Tağızadə 1912-ci ildə Tiflis şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb.

Tağızadə soyadı sənətkarın anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra həmin soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürüb.

Bəstəkar ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirib. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib.

Niyazi Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləyib, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salıb. Dirijor 1934-cü ildə “Zaqatala süitası”nı yazıb, 1944-cü ildə ikihissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini başa vurub.

Musiqimizdə ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. Onun 1942-ci ildə yazdığı “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. 1949-cu ildə yazdığı “Rast” simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə seçilir. “Rast” müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənib, Çexiyada “Suprafon”, ABŞ-də “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş sənətkar 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Önəmli şəxsiyyətin yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxil olub. Niyazi M.Maqomayevin “Nərgiz”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, P.Çaykovskinin “Qaratoxmaq qadın”, A.Borodinin “Knyaz İqor”, J.Bizenin “Karmen”, C.Puççininin “Bohema”, B.Smetananın “Satılmış gəlin” operalarını, S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “7 gözəl”, “İldırımlı yollarla” baletlərini tamaşaya hazırlayıb. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin edilib. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək sözügedən dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. Burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını ərsəyə gətirib. Habelə P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq edib, bəhs olunan baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçib. Niyazi P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, C.Verdinin “Aida” operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasına İstanbul Opera Teatrında ilk quruluş verib, onun ilk tamaşasına və “Yunus İmrə” oratoriyasına dirijorluq edib. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin olunub. Niyazinin “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri sayılır.

O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Bəstəkarımız Ə. Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Almaz”, S.Vurğunun “Vaqif, A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almaz”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Dahi sənətkar Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R. Taqorun “Çitranqoda” fəlsəfi dramı üzrə “Çitra” baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir.

Ölməz şəxsiyyət 2 avqust, 1984-cü ildə Bakıda dünyasını dəyişib.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Manşet

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

Sentyabr 22, 2026
Manşet

Niyə həmişə yorğunuq? — Psixoterapevtdən XƏBƏRDARLIQ

Sentyabr 22, 2026
Siyasət

İstənilən an NATO-Rusiya savaşı baş verə bilər - Politoloq

Sentyabr 21, 2026
Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

Sentyabr 19, 2026
Gündəm

19–20 sentyabr Antiterror Əməliyyatı: Azərbaycanın suverenliyinin tam bərpası

Sentyabr 19, 2026
Gündəm

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

Sentyabr 18, 2026

XƏBƏR LENTİ

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

22 Sentyabr, 26 / 20:53

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr, 26 / 19:52

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr, 26 / 19:50

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr, 26 / 19:48

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr, 26 / 19:46

Ermənistan süni intellektə sərmayə qoyur

22 Sentyabr, 26 / 19:42

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altındakı hissəsində FSB obyektlərini vurub

22 Sentyabr, 26 / 19:39

Putin tərəfdarı Petrosyanın həyat yoldaşını Avropaya buraxmayıblar

22 Sentyabr, 26 / 19:35

Latviya Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasına qarşı çıxıb

22 Sentyabr, 26 / 19:33

Venesiya turistlər üçün şəhər rüsumunu artırmağı planlaşdırır

22 Sentyabr, 26 / 19:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.