Dünya

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr 2026, 19:502
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Leninqrad vilayətinin Kinqisepp və Slantsı rayonlarında komendant rejimi tətbiq edilib. 

Zefer.media xarici mənbələrə əsasən bildirir ki, bu rejim sərhədyanı ərazidə insanların hərəkətini və qalmasını məhdudlaşdırır.

Rusiya bu tədbirləri sərhəd mühafizəsinin gücləndirilməsi ilə izah edib.

Estoniya Sərhəd Mühafizə Xidməti bildirib ki, bu cür məhdudiyyətlər adi təcrübə deyil. Qurum vəziyyəti izləyir və mümkün insidentlərə reaksiya verməyə hazırdır.

Estoniya Daxili İşlər Nazirliyində isə ölkə üçün birbaşa təhlükə görmədiklərini bildiriblər.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600