Dünya

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr 2026, 19:482
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Konstantin Polejayev 2015-2019-cu illərdə Belqoroda rəhbərlik edib, daha sonra Belqorod vilayətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edib.

Zefer.media xarici mənbələrə əsasən bildirir ki, 2023-cü ildə qubernator Vyaçeslav Qladkov onu atəşə tutulduqdan sonra evlərin bərpasının pis təşkilində ittiham edərək vəzifəsindən azad edib. Qısa müddət sonra Polejayev tikinti şirkətindən rüşvət alma işi üzrə saxlanılıb.

2024-cü ildə onu beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Lakin hökm çıxarılmazdan az əvvəl Polejayev Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Məhkəmə iş üzrə icraatı dayandırıb və onu xidmət müddətində azadlığa buraxıb.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600