Dünya

Latviya Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasına qarşı çıxıb

22 Sentyabr 2026, 19:332
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Latviya Rusiyalı iş adamları Mixail Fridman və Əlişir Usmanovun Avropa İttifaqının sanksiya siyahısından çıxarılması ilə bağlı təklifə qarşı çıxıb.

Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, Aİ ölkələri Fridman və Usmanova tətbiq olunan sanksiyaların ləğvi müqabilində Rusiyaya bağlı təxminən 3 min şəxs və quruma qarşı məhdudiyyətlərin daha üç il uzadılmasını nəzərdə tutan kompromis təklif üzərində razılaşıb. Lakin Latviya bu təklifi dəstəkləməyib.

Latviya Baş naziri Andris Kulbergs bildirib ki, ölkəsi sanksiyaların 36 ay müddətinə uzadılmasını dəstəkləyir, lakin bunun Fridman və Usmanovun siyahıdan çıxarılması hesabına həyata keçirilməsini qəbul etmir.

Aİ-nin 27 üzv ölkəsinin yekdil qərarı tələb olunur. Mövcud sanksiyaların qüvvədə olma müddəti sentyabrın 22-də başa çatır və danışıqların davam etdiyi bildirilir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600