İrəvan süni intellekt infrastrukturu inkişaf etdirir və ABŞ texnologiya şirkətlərini cəlb edir.
Zefer.media bildirir ki, bu barədə “Bloomberg” yazır.
ABŞ-nin “Firebird AI” şirkəti Razdan şəhərində data mərkəzini istifadəyə verib. Mərkəzin 2027-ci ilin sonuna qədər genişləndirilməsi planlaşdırılır.
Güclərin bir hissəsi Ermənistan şirkətləri və tədqiqatçıları üçün, qalan hissəsi isə xarici müştərilər üçün əlçatan olacaq.
Genişləndirildikdən sonra kompleks regionun ən böyük hesablama klasterinə və Avropanın ən böyük klasterlərindən birinə çevrilə bilər.
Məlumata görə, layihəyə Ermənistanın Nvidia ilə uzunmüddətli əməkdaşlığı kömək edib. Şirkət ölkəyə çox sayda qabaqcıl prosessor tədarük etmək üçün icazə alıb.
Nəşrin məlumatına görə, qabaqcıl çiplərin Ermənistana tədarükü İrəvan və Bakı arasında razılaşmaların əldə olunması istiqamətində ABŞ-nin diplomatik səyləri çərçivəsində də müzakirə edilib.
Nvidia şirkəti Ermənistanda güclü mühəndislik bazası və inkişaf edən texnoloji ekosistem gördüyünü bildirib.
Lalə Qurbanlı

















