Gündəm

“İZ” layihəsi qəhrəmanların həyat hekayələrini rəqəmsal yaddaşa çevirəcək

19 Sentyabr 2026, 18:3627
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı, Modern.az və Zefer.media -nın media tərəfdaşlığı ilə “İZ” sosial-media layihəsinə start verilir.

Zefer.media xəbər verir ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatının iştirakçılarının həyat hekayələrini fərqli baxış bucağından təqdim etmək, onların keçdiyi yolu sənədləşdirmək və gələcək nəsillər üçün rəqəmsal yaddaşa çevirməkdir.

“İZ” layihəsində əsas diqqət döyüşlər zamanı yaşananlara və həmin günlərin qəhrəmanların həyatında buraxdığı izlərə yönəldiləcək. Layihə çərçivəsində hər bir iştirakçı yalnız döyüş yolu ilə deyil, öz dünyası, ailəsi, arzuları, xatirələri və gələcəyə baxışı ilə təqdim olunacaq.

Layihənin fərqləndirici xüsusiyyəti isə jurnalistika, foto və videonun, şəxsi arxiv materiallarının və insan hekayəsinin vahid multimedia məhsulunda birləşdirilməsidir. Hər qəhrəman üçün müsahibə, xüsusi jurnalist materialı, fotoportret və fotohekayə, qısa videoçarx, sosial media kontenti, eləcə də şəxsi arxiv materiallarının təqdimatı hazırlanacaq.

Hazırlanan materialların Modern.az və Zəfər.media vasitəsilə geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində hekayələr müxtəlif platformalarda fərqli formatlarda təqdim ediləcək. Saytda geniş məqalə, YouTube-da videohekayə, Instagram-da “Reels” və fotohekayə, Facebook-da hekayə və videolar, TikTok-da isə qısa emosional fraqmentlər yayımlanacaq.

Layihə vasitəsilə bir qəhrəmanın hekayəsinin müxtəlif platformalarda fərqli auditoriyalara çatdırılması və onun rəqəmsal yaddaşda qorunması hədəflənir.

“İZ” çərçivəsində hazırlanacaq hekayələrin zaman keçdikcə daha böyük əhəmiyyət qazanması gözlənilir. Bu hekayələr yalnız bugünkü auditoriya üçün deyil, gələcək nəsillər üçün də ailə arxivi, media yaddaşı və tarixi sənəd rolunu oynayacaq.

Video link : https://youtu.be/zSJPc5v0GGw?si=D2xkqgjBYNByG8Pa

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600