Argentina Prezidenti Xavyer Milei ölkənin Folklend adaları yaxınlığında həyata keçirilən neft-qaz layihələrində iştirak edən şirkətlərə qarşı sanksiyaların sərtləşdiriləcəyini açıqlayıb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Milei həmçinin ölkənin cənubunda müdafiə xərclərinin artırılacağını və Argentinanın suverenliyinin qorunması ilə bağlı tədbirlərin gücləndirilməsini nəzərdə tutan qanun layihəsinin Konqresə təqdim ediləcəyini bildirib.
Aytən Yalçınqızı


















