• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9825
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

Məktəbdə şagirdin sinif yoldaşını yandırması ilə bağlı hadisənin TƏFƏRRÜATLARI+ARAŞDIRMA

21 Aprel, 26 / 18:50
A A

Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.

Bu xəbər ölkədə geniş müzakirə, sensasiya yaradıb. Valideynlərin çoxunda artıq həyəcan, narahatlıq yaranıb. Uşaqların, yeniyetmələrin necə düzgün tərbiyə edilməsi istiqamətində çox düşünülür. Aidiyyatı qurumlar, psixoloqlar, sosioloqlar və s. ziyalılar bu istiqamətdə açıqlamalar verməkdə davam edirlər.

Həmin hadisənin təfərrüatlarına gəlincə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Zefer.media-ya açıqlamasında bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb:

“Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.

Məsələ ilə əlaqədar həmin məktəbdən isə qeyd olunub ki, hadisəni araşdırmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məsələ nəzarətə götürülüb:

“Hazırda səhiyyə müəssisəsində şagirdin müayinə və müalicəsi davam etdirilir. Şagirdin müalicə olunduğu səhiyyə müəssisəsində biz də olmuşuq, həkimlər müalicənin davam etdiyini bildirirlər.

Hazırda Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri də məktəbdədir, müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Hadisədən dərin təəssüf hissi keçirir, ailənin narahatlığını bölüşür, xəsarət alan şagirdimizin tezliklə sağalmasını arzulayır və ailəsinə dəstəyimizi bildiririk”.

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Manşet

26 avqust həm də Laçın şəhəri günüdür

Avqust 26, 2026
Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqust 26, 2026
Manşet

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Avqust 26, 2026
İdman

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Avqust 26, 2026
Cəmiyyət

İngilis dili kursunun açılış mərasimi keçirilib

Avqust 25, 2026
Cəmiyyət

Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb

Avqust 25, 2026

XƏBƏR LENTİ

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

26 Avqust, 26 / 12:30

Adam Kadırov Abxaziyanın müdafiə nazirliyinin medalı ilə təltif olunub

26 Avqust, 26 / 12:23

Marbellada nəhəng tuna balığı istirahət edənləri qorxuya salıb — onu köpəkbalığı hesab ediblər

26 Avqust, 26 / 12:19

26 avqust həm də Laçın şəhəri günüdür

26 Avqust, 26 / 12:16

İsrail qüvvələri 16 min fələstinli qaçqına xidmət göstərən UNRWA mərkəzlərinə basqın edib

26 Avqust, 26 / 12:10

Rusiyada 14 yaşlı qızı çəkdiyi rəsmləri silməyə məcbur ediblər

26 Avqust, 26 / 12:03

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

26 Avqust, 26 / 11:59

Koçaryan və Sarkisyanın cəzalandırılmasında Bakı iştirak edə bilər - Siyasi şərhçi

26 Avqust, 26 / 11:52

ABŞ şirkəti Rusiyaya görə təyyarəni Ermənistan aviaşirkətinə vermədi

26 Avqust, 26 / 11:45

Bu gün Mehriban Əliyevanın doğum günüdür

26 Avqust, 26 / 11:39

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.