• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.1° Weather Columbus
$
1.7
€
1.9425
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Koçaryan və Sarkisyanın cəzalandırılmasında Bakı iştirak edə bilər - Siyasi şərhçi

26 Avqust, 26 / 11:52
A A

“İstintaqın gedişində Sarkisyan və Koçaryana qarşı ittihamların genişləndirilməsi – Paşinyanın daha öncə gündəmə gətirdiyi “erməni əsgərlərin Ermənistan sərhədlərindən kənarda ölümə göndərilməsi” məsələsinin əlavə edilməsi mümkün variantlardandır. Bu ittiham da Azərbaycanın prosesə prosesə qoşulması imkanlarını yaradır”.

Zefer.media xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Ermənistanda keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı yeni cinayət işinin açılması Azərbaycanda “Xocalı cəlladları Bakıya təhvil verilə bilərmi” sualını yenidən aktuallaşdırdı.

“44 günlük müharibədə Xocalının qisasının alınmasına və günahkarların bir çoxunun cəzalandırılmasına baxmayaraq, Bakının Koçaryan və Sarkisyan da daxil olmaqla soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması siyasəti davam edir. Bakı-İrəvan xəttində sülh prosesinin irəliləməsi də bunun olması imkanlarını yaradıb.

Cari dövrdə Koçaryan və Sarkisyanın Bakıya təhvil verilməsi ehtimalı zəifdir.

Birincisi, onlara qarşı açılan cinayət işləri – vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması – Ermənistanın daxili məsələsidir;
İkincisi, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması bu cür hüquqi prosedurların icrasını mümkünsüz edir”, – Asif Nərimanlı qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, Koçaryan və Sarkisyanın Bakıya təhvil verilməsi Ermənistan dövlətinin Qarabağda törətdiyi cinayətləri, buna görə təzminatın ödənilməsini qəbul etməsi deməkdir:

“Həmçinin, daxili etiraz riski baxımından bu, Paşinyana hələki sərfəli deyil.

Koçaryan və Sarkisyana qarşı Paşinyanın seçkidən öncə anonsunu verdiyi cinayət işinin başlanması Ermənistanda nəzarəti gücləndirməyə, xüsusilə Rusiya təsirlərini neytrallaşdırmağa hesablanıb. Lakin bu cinayət işinin siyasi və hüquqi baxımdan, Azərbaycanla əlaqəsinin olduğunu hesab etmək mümkündür.

Siyasi amil: sülh prosesinin maneəsiz həyata keçirilməsi məqsədilə “Qarabağ hərəkatının” davam etməsinin qarşısını almaq, bu məsələnin daxili benefisiarlarını aradan qaldırmaqdır;
Hüquqi amil: ittihamlardan biri çirkli pulların yuyulmasıdır ki, Koçaryan-Sarkisyan cütlüyü bu işi işğal dövründə əsasən Qarabağ üzərindən həyata keçirirdi; istintaqın gedişində bu faktların ön plana çıxması və Azərbaycanın ən azı məlumat mübadiləsi qismində prosesdə iştirakı mümkün variantlardandır; Bakı məsələyə bu kontekstdə yanaşa bilər;

İstintaqın gedişində Sarkisyan və Koçaryana qarşı ittihamların genişləndirilməsi – Paşinyanın daha öncə gündəmə gətirdiyi “erməni əsgərlərin Ermənistan sərhədlərindən kənarda ölümə göndərilməsi” məsələsinin əlavə edilməsi mümkün variantlardandır. Bu ittiham da Azərbaycanın prosesə prosesə qoşulması imkanlarını yaradır.

Azərbaycan prosesə qoşularsa, Xocalı cəlladlarının Birinci Qarabağ müharibəsində törətdikləri əməllərə görə cəzalandırılmasına, sülh sazişinin imzalanmasından sonra az ehtimal olsa da, Bakıya təhvil verilməsinə nail ola bilər. Bu ehtimallar ən azı nəzəri olaraq, mümkündür. Sülh sazişi layihəsinin müəyyən bəndləri də bunun mümkünlüyünü ön plana çıxarır.

Layihənin VIII bəndində qeyd olunur ki, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərinə qarşı mübarizə aparacaqlar. IX bəndində isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, onlara münasibətdə ədalətin təmin edilməsi öhdəliyi əks olunur. Bu bəndlər sülh sazişinin imzalanmasından sonra Azərbaycana Koçaryan, Sarkisyan və digər cinayətkarların ekstradisiyalarına nail ola bilməsək belə, Qarabağda törətdikləri cinayətlərə görə cəzlandırılmasına nail olmaq imkanı verir”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Siyasət

İstənilən an NATO-Rusiya savaşı baş verə bilər - Politoloq

Sentyabr 21, 2026
Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Banner

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

Sentyabr 15, 2026
Siyasət

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

Sentyabr 15, 2026
Xarici xəbərlər

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

22 Sentyabr, 26 / 20:53

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr, 26 / 19:52

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr, 26 / 19:50

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr, 26 / 19:48

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr, 26 / 19:46

Ermənistan süni intellektə sərmayə qoyur

22 Sentyabr, 26 / 19:42

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altındakı hissəsində FSB obyektlərini vurub

22 Sentyabr, 26 / 19:39

Putin tərəfdarı Petrosyanın həyat yoldaşını Avropaya buraxmayıblar

22 Sentyabr, 26 / 19:35

Latviya Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasına qarşı çıxıb

22 Sentyabr, 26 / 19:33

Venesiya turistlər üçün şəhər rüsumunu artırmağı planlaşdırır

22 Sentyabr, 26 / 19:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.