Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ rəsmilərinin İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli olması ilə bağlı iddialarını qətiyyətlə rədd edib.
Zefer.media xəbər verir ki, Bəqayi mətbuat konfransında amerikalı rəsmilərin İranla bağlı əsassız ittihamlar irəli sürdüyünü bildirib.
“Amerikalılar daim yalan xəbərlər uydurur və əsassız iddialar irəli sürürlər”, – deyə İran XİN sözçüsü qeyd edib.
O vurğulayıb ki, ABŞ rəsmilərinin İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda iştirakı ilə bağlı ittihamları həqiqətə uyğun deyil və Tehran bu iddiaları qətiyyətlə rədd edir.
Zərintac Mayisqızı

















