İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya qoşulduqdan sonra ABŞ-dən daha az asılı olduğunu və regiondakı müttəfiqləri ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirdiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kristersson İsveçin bir çox sahədə ABŞ-dən asılılığının əvvəllər olduqca yüksək olduğunu qeyd edib.
Onun sözlərinə görə, İsveç hazırda regiondakı tərəfdaşlarına daha çox arxalanır. Bununla yanaşı, ABŞ-nin NATO-dakı mövcudluğunun hələ də son dərəcə vacib olduğunu vurğulayıb.
Aytən Yalçınqızı

















