Livanın cənubundakı Nəbatiyyə vilayətinə İsrailin endirdiyi hava zərbələri nəticəsində son sutka ərzində azı 4 nəfər həlak olub.
Zefer.media “Caliber”ə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, martın 2-dən başlayan hərbi eskalasiya dövründə ölənlərin ümumi sayı 4362-yə, yaralananların sayı isə 12 378-ə çatıb.
Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gecə saatlarında Kfar-Rumman şəhərində yaşayış evinə zərbə endirib. Dağıntılar altından bir neçə nəfərin cəsədi və yaralılar çıxarılıb.
Xilasetmə işlərinin davam etdiyi və ölənlərlə yaralananların sayının arta biləcəyi qeyd olunub.
Aytən Yalçınqızı

















