Dünya

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində azı 4 nəfər ölüb

7 Sentyabr 2026, 13:032
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Livanın cənubundakı Nəbatiyyə vilayətinə İsrailin endirdiyi hava zərbələri nəticəsində son sutka ərzində azı 4 nəfər həlak olub.

Zefer.media “Caliber”ə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, martın 2-dən başlayan hərbi eskalasiya dövründə ölənlərin ümumi sayı 4362-yə, yaralananların sayı isə 12 378-ə çatıb.

Bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə gecə saatlarında Kfar-Rumman şəhərində yaşayış evinə zərbə endirib. Dağıntılar altından bir neçə nəfərin cəsədi və yaralılar çıxarılıb.

Xilasetmə işlərinin davam etdiyi və ölənlərlə yaralananların sayının arta biləcəyi qeyd olunub.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600