• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“İlham Əliyevin Almaniya səfəri Azərbaycan–Avropa əməkdaşlığında yeni mərhələ açır” -CAVANŞİR FEYZİYEV

23 İyul, 26 / 9:53
A A

“Bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərləri Azərbaycan-Avropa münasibətlərində yeni siyasi dinamikanın formalaşdığını göstərdi. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri də yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan – Avropa əməkdaşlığının perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Bu fikirləru Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib:

“Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ilk növbədə iki ölkə arasında münasibətlərin dinamikasını canlandırmaq baxımından olduqca əhəmiyyətlidir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər Bakı ilə Berlin arasında əməkdaşlığın ənənəvi iqtisadi münasibətlər çərçivəsini aşaraq strateji maraqları hədəflədiyi görünməkdədir. Bu, həm Azərbaycanın xarici siyasətində çoxşaxəli tərəfdaşlıq xəttinin davamı, həm də Avropanın Cənubi Qafqaz siyasətində yaranan yeni reallıqların göstəricisidir.
Ölkəmiz son illərdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Avropa İttifaqının aparıcı dövləti kimi Almaniya ilə sıx əməkdaşlıq da Azərbaycanın xarici siyasət prioritetləri sırasındadır. İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi ölkənin investisiya mühitinə olan etimadın göstəricisidir. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Hazırda Azərbaycan qazı Avropa İttifaqının 10 ölkəsinə çatdırılır. Bununla yanaşı, Azərbaycanın Almaniyaya neft ixrac etməsi və gələcəkdə yaşıl enerji layihələrinin də Avropa bazarına çıxarılması planları enerji tərəfdaşlığının uzunmüddətli və strateji xarakter daşıdığını göstərir. Avropanın enerji mənbələrinin şaxələndirilməsi fonunda Azərbaycanın rolu daha böyük əhəmiyyət qazanır. Qarşılıqlı sərmayələrin artırılması istiqamətində aparılan müzakirələr və Alman şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün irəli sürülən konkret təkliflər gələcəkdə iqtisadi əlaqələrin daha da dərinləşəcəyindən xəbər verir”.

Deputat qeyd edib ki, bu əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi məqsədilə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması, iki ölkə arasında strateji dialoqun başlanmasını və iqtisadi əməkdaşlığın inkişafını nəzərdə tutan Birgə Bəyannamənin imzalanması çox əhəmiyyətli bir hadisədir:

“Bu sənəd ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edən siyasi iradənin ifadəsidir.

Rəsmi səfər zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq da müzakirə predmeti olmuşdur. Azərbaycanın nəqliyyat infrastrukturunu davamlı şəkildə modernləşdirməsi və Mərkəzi Asiya dövlətlərinin Məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Avropa ilə Asiya arasında mühüm tranzit körpüsünə çevrildiyini bir daha nümayiş etdirir. Bu kontekstdə Almaniyanın geostrateji maraqları ilə Azərbaycanın geostrateji mövqeyinin uzlaşması yeni nəqliyyat marşrutlarının inkişafına ciddi təkan verə bilər. İmzalanmış sənədlərin daha çevik rejimdə icrası üçün işçi qrupların yaradılması isə tərəflərin nəticəyönümlü əməkdaşlıq niyyətini nümayiş etdirir.

Azərbaycan-Almaniya münasibətlərinin siyasi əhəmiyyətini artıran əsas amillərdən biri də regionda formalaşan yeni sülh reallığıdır. Ermənistanla münasibətlərin normallaşması istiqamətində əldə olunan nəticələr, Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması və beləliklə də uzun illər davam etmiş münaqişəyə faktiki olaraq son qoyulması regionda tamamilə yeni geosiyasi vəziyyət yaradıb. Azərbaycanın sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, praktiki addımlarla dəstəkləməsi, Ermənistana enerji məhsullarının tədarük edilməsi və işğal dövründə Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına qoyulmuş məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması ölkəmizin regional sabitliyə verdiyi real töhfələrdir.

Bu prosesdə Almaniyanın dialoqu təşviq edən mövqeyi də Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər, Almaniyanın sülh prosesinə verdiyi dəstək və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra irəli sürdüyü sülh təşəbbüslərinə göstərilən münasibət Berlinin bütövlükdə regiona konstruktiv yanaşmasının göstəriciləridir.

Prezidentin rəsmi səfəri göstərdi ki, qarşılıqlı etimada, ortaq maraqlara və uzunmüddətli strateji baxışa əsaslanan Azərbaycan-Almaniya tərəfdaşlığı yaxın illərdə həm regional sabitliyin, həm də Avrasiyanın yeni iqtisadi və siyasi əməkdaşlıq modelinin formalaşmasında mühüm rol oynayacaq. Bütün bunlar Azərbaycan – Almaniya münasibətlərində yeni geosiyasi çalarları üzə çıxarır”.

Bənzər Xəbərlər

Gündəm

Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”

Avqust 18, 2026
Gündəm

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

Avqust 18, 2026
Gündəm

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Avqust 17, 2026
Gündəm

Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir? – DOSYE

Avqust 17, 2026
Gündəm

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

Avqust 17, 2026
Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026

XƏBƏR LENTİ

Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”

18 Avqust, 26 / 20:35

Cəlil Xəlilov DSX-nın şəxsi heyətini peşə bayramı münasibətilə təbrik ETDİ

18 Avqust, 26 / 20:23

Suriyada məhkəmə Bəşər Əsədin əmisi oğlunu ölüm cəzasına məhkum etdi

18 Avqust, 26 / 17:42

“Rusiyanın qonşularına bu cür yanaşmağa davam edərsə, münasibətlər düzəlməyəcək”

18 Avqust, 26 / 17:20

Xarkova hava zərbələrinin ağır nəticəsi: bu qədər insan həyatını itirdi

18 Avqust, 26 / 17:09

18 avqust – DSX əməkdaşlarının peşə bayramı günüdür

18 Avqust, 26 / 16:57

İran Trampın Hörmüz açıqlamasını “xülya” adlandırdı

18 Avqust, 26 / 16:44

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsinə start verilib – FOTOLAR

18 Avqust, 26 / 16:37

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

18 Avqust, 26 / 16:23

Rusiyanın elektron ticarət platformasına dron hücumu ilə ziyan dəyib

18 Avqust, 26 / 16:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.