Dünya

Niderlandda məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub: 8 nəfər yaralanıb

24 Avqust 2026, 13:093
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Niderlandın şərqində, Vezep şəhəri yaxınlığında alman məktəbliləri daşıyan Avstriya avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində 8 nəfər yaralanıb.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Niderland polisi bildirib ki, hadisə barədə yerli vaxtla səhər saat 04:20-də məlumat daxil olub.

Yaralananlar arasında yük maşınının sürücüsü də var. Xəstəxanaya çatdırılan zərərçəkənlərdən bir neçəsinin vəziyyətinin ağır olduğu, digərlərinin isə yüngül xəsarətlər aldığı bildirilir.

Niderlandın ictimai yayımçısı NOS-un məlumatına görə, avtobusda 50-dən çox insan olub və onların əksəriyyəti alman məktəbliləridir.

Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600