• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.2° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Prezidentin Özbəkistana səfəri mühüm dövlətçilik hadisəsidir - Politoloqdan açıqlama 

24 Avqust, 26 / 14:34
A A

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfər edib. Səfər çərçivəsində dövlət başçısı və birinci xanım Mehriban Əliyeva yeniliklərlə tanış olublar və mühüm görüşlər keçirilir.

Politoloq Tural İsmayılov Zefer.media-ya açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana sözügedən iki günlük dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin artıq klassik ikitərəfli diplomatiya çərçivəsini aşaraq regional strateji tərəfdaşlıq modelinə çevrildiyini nümayiş etdirir.

“Səfərin əsas siyasi nəticələrindən biri iki ölkə arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd münasibətlərin qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində uzunmüddətli inkişafını rəsmiləşdirir.

Bunu yalnız Azərbaycan–Özbəkistan münasibətlərinin növbəti mərhələsi kimi qiymətləndirmək kifayət deyil. Burada daha böyük geosiyasi mənzərə var. Azərbaycan Cənubi Qafqazı Mərkəzi Asiya ilə, Özbəkistan isə Mərkəzi Asiyanı Xəzər üzərindən Qafqaz və Avropa ilə bağlayan strateji xəttin əsas aktorlarından biridir. Bu baxımdan Bakı–Daşkənd əməkdaşlığı Orta Dəhlizin iqtisadi və geosiyasi çəkisinin artırılmasına xidmət edən mühüm platformadır.

Münasibətlərin siyasi dayağı artıq kifayət qədər möhkəmdir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin reallaşması, Ali Dövlətlərarası Şuranın yaradılması və müttəfiqlik münasibətlərinin hüquqi bazasının formalaşdırılması əlaqələrin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, indi əsas məsələ siyasi yaxınlığı real iqtisadi nəticələrə çevirməkdir:

Nəqliyyat, logistika, enerji, sənaye, investisiya və kənd təsərrüfatı istiqamətlərində birgə layihələr bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 1,4 milyon tona çatması və 2026-cı ilin ilk yarısında artımın davam etməsi Orta Dəhlizin praktiki potensialını göstərir.

Əslində Azərbaycan–Özbəkistan münasibətlərinin ən böyük üstünlüyü ondan ibarətdir ki, burada siyasi iradə iqtisadi maraqlarla, tarixi-mədəni yaxınlıq isə strateji geosiyasətlə üst-üstə düşür. Prezident İlham Əliyevin səfəri bu sinerjini daha da institusionallaşdıraraq Bakı ilə Daşkənd arasında əməkdaşlığı ikitərəfli münasibətlərdən daha geniş Avrasiya bağlantısının mühüm sütunlarından birinə çevirir.

Ona görə də səfər sadəcə diplomatik təqvimin növbəti hadisəsi deyil. Bu, Azərbaycanın Mərkəzi Asiyaya açılan strateji pəncərəsini daha da genişləndirən və Türk dünyasında iqtisadi-siyasi inteqrasiyanın praktiki məzmununu gücləndirən mühüm dövlətçilik hadisəsidir”.

Bənzər Xəbərlər

Xarici xəbərlər

Asim Munir Tehrana səfərindən öncə Trampla danışıb

Avqust 24, 2026
Siyasət

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Avqust 24, 2026
Siyasət

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Avqust 24, 2026
Siyasət

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

Avqust 23, 2026
Siyasət

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

Avqust 23, 2026
Siyasət

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

Avqust 23, 2026

XƏBƏR LENTİ

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər

24 Avqust, 26 / 15:04

“Sabahın Sənət Elçiləri” Bakıda Türkiyə-Azərbaycan sənət körpüsünü gücləndirir

24 Avqust, 26 / 14:51

Asim Munir Tehrana səfərindən öncə Trampla danışıb

24 Avqust, 26 / 14:42

Prezidentin Özbəkistana səfəri mühüm dövlətçilik hadisəsidir - Politoloqdan açıqlama 

24 Avqust, 26 / 14:34

Sabahın hava proqnozu

24 Avqust, 26 / 14:18

Şəki sakinləri dənizdə boğuldu

24 Avqust, 26 / 14:17

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

24 Avqust, 26 / 14:05

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24 Avqust, 26 / 14:01

BRS Telangana hökumətinin hakimiyyətdə 1000 gününü qeyd etməsinə qarşı bir həftəlik etiraz kampaniyası planlaşdırır

24 Avqust, 26 / 13:55

Çində leysan yağışları və tayfunlarla bağlı bir neçə xəbərdarlıq elan edilib

24 Avqust, 26 / 13:17

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.