Xarici xəbərlər

Asim Munir Tehrana səfərindən öncə Trampla danışıb

24 Avqust 2026, 14:421
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir Tehrana səfərindən əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Telefon danışığı ötən həftə baş tutub. Ancaq tərəflər arasında müzakirə olunan məsələlərin konkret məzmunu açıqlanmayıb.

Eyni zamanda, Asim Munir bu gün İran rəsmiləri ilə görüşlər keçirmək və danışıqlar aparmaq üçün Tehrana səfər edib.

Səfərin İran-Pakistan ikitərəfli münasibətləri, sərhəd təhlükəsizliyi və regiondakı son proseslərlə yanaşı, Tehranla Vaşinqton arasındakı gərginlik fonunda diplomatik məsələləri də əhatə edə biləcəyi bildirilir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600