• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.8° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

01 May, 26 / 16:05
A A

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib.

Zefer.media AZƏRTAC – a istinadən  xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş videoçarx təqdim olunub.

Çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, MEDİA-nın və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda silsilə məlumatlandırma sessiyaları təşkil olunub.

O vurğulayıb ki, müstəqillik illərində Ulu Öndərin müəllifi olduğu quruculuq xətti dövlətimizin qüdrətini və xalqımızın estetik zövqünü bütün dünyaya nümayiş etdirib: “Ulu Öndərin şəhərsalma vizyonunun bu gün beynəlxalq səviyyədə təsdiqini tapmasının ən mühüm nümunələrindən biri də WUF13-ün Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərardır. WUF13-ün Bakıda təşkili Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bu gün ictimai proseslərin böyük hissəsinin məhz rəqəmsal mühitdə baş verdiyinə diqqət çəkib. Onun sözlərinə görə, media və ictimai proseslər artıq yalnız xəbər istehsalı deyil, məlumatın sürəti, texnoloji platformalarla təhlükəsiz mühitdə ötürülməsidir. Rəqəmsal inkişaf isə medianın fəaliyyətinə yeni imkanlar və çağırışlar açır. Bu dəyişikliklər fonunda ölkəmizdə rəqəmsal inkişafda yeni mərhələ başlayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsal platformaların əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrildiyini deyib. O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. “Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, – deyə F.Qurbanov vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov isə vurğulayıb ki, ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan olunması dövlətimizin bu sahəyə verdiyi yüksək önəmin, həyata keçirilən ardıcıl islahatların və uzunmüddətli inkişaf strategiyasının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik strategiyası ölkəmizin bütün sahələrində, o cümlədən şəhərsalma və memarlıq istiqamətində sistemli və dayanıqlı inkişafın əsasını qoyub. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Forumun keçirilməsində məqsəd ictimai proseslərin mediada işıqlandırılması səviyyəsinin artırılması, rəqəmsal mühitdə yaranan çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması və innovativ media həllərinin təşviq edilməsidir.

Bənzər Xəbərlər

Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026
Gündəm

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə birincilik start götürüb

Aprel 30, 2026
Dünya

Xameneyidən Hörmüz mesajı: “Yeni bir fəsil yazılır”

Aprel 30, 2026
Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

Aprel 30, 2026
Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026

XƏBƏR LENTİ

Əraqçı İran-ABŞ danışıqlarını regional həmkarları ilə müzakirə edib

01 May, 26 / 17:36

“ABŞ-İran gərginliyi TRIPP layihəsini risk altına sala bilər”

01 May, 26 / 17:30

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

01 May, 26 / 16:05

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

01 May, 26 / 15:53

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

01 May, 26 / 15:43

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

01 May, 26 / 15:35

Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıb

01 May, 26 / 13:51

Aİ “Meta” haqqında uşaq təhlükəsizliyi pozuntularına görə cəza tətbiqinə hazırlaşır

01 May, 26 / 13:47

Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb

01 May, 26 / 13:42

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

01 May, 26 / 13:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.