Dünya

Pezeşkian: İranın dəniz blokadası uğursuzluğa məhkumdur

30 Aprel 2026, 14:180
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian “Milli Körfəz Günü” münasibətilə yayımladığı mesajda ABŞ-nin İran limanlarını dənizdən mühasirəyə almasını sərt tənqid edib.

Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Pezeşkian bildirib ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası nəinki məqsədinə çatmayacaq, əksinə Fars körfəzi bölgəsində gərginliyi artıracaq və qeyri-sabitliyə səbəb olacaq.

“Dəniz blokadası və ya məhdudiyyətlər tətbiq etmək üçün edilən hər hansı bir cəhd beynəlxalq hüquqa ziddir və uğursuzluğa məhkumdur”, – deyə, Pezeşkian açıqlayıb.

İran prezidenti əlavə edib ki, bu cür addımlar regional təhlükəsizliyi gücləndirmir, əksinə Fars körfəzində sabitliyi pozur və uzunmüddətli təhlükəsizlik mühitinə zərər vurur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600