Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı bir neçə ölkənin xarici işlər naziri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Əraqçı Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqdan olan həmkarları ilə ABŞ və İran arasında aparılan danışıqlar mərhələsindəki son prosesləri müzakirə edib.
Telefon danışıqları zamanı İran XİN rəhbəri həmkarlarına ölkəsinin mövqeyi və bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər barədə də məlumat verib.
Görüşlərin əsas mövzusu Vaşinqton və Tehran arasında danışıqlar prosesinin hazırkı mərhələsi və bölgədə mümkün təsirləri olub.
Zərintac Mayisqızı

















