Valideyn olmağa hazırlaşan və ya yeni ana -ata olan adını qazanan hər kəsi ilk düşündürən övladına doğru ad seçimidir. Bu da olduqca diqqət edilməli məqamdır.
Klinik-Psixoloq Pərvanə Əliyeva Zefer.media-ya açıqlamasında deyib ki, uşağa ad seçmək sadəcə zövq məsələsi deyil, psixoloji təsiri də var:
“Ad övladın kimlik hissəsinə təsir edir, yəni o, özünü adı ilə tanıyır. Cəmiyyətdə də ad ilk təəssürat yaradır və bu, münasibətlərə təsir edə bilir …Bəzən valideynlər adla öz arzularını uşağa yükləyir, bu da daxildə uyğunlaşma çətinliyi yarada bilər. Adın mənası və səslənməsi də uşağın emosional hisslərinə təsir edir. Ona görə çalışmaq lazımdır ki, ad həm sadə, həm də uşağın rahat daşıya biləcəyi bir ad olsun”.

Zərintac Mayisqızı

















