Ermənistan-Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan ABŞ-nin “The Central Asia-Caucasus Analyst” nəşrində dərc olunan məqaləsində TRIPP layihəsinin gələcəyinin ABŞ-İran münasibətlərindən asılı olduğunu bildirib.
Zefer.media xəbər verir ki, hazırda Azərbaycan və onun əsas bölgəsi Naxçıvan arasında ən qısa quru yol İrandan keçir.
Müəllif vurğulayıb ki, layihə təkcə Ermənistan-Azərbaycan münasibətləri ilə məhdudlaşmır və daha geniş geosiyasi məqsədlərə xidmət edir. TRIPP-nin reallaşması İranın regiondakı strateji rolunu zəiflədə və onun tranzit üstünlüyünü azalda bilər.
Sarkisyan ABŞ və İran arasında artan gərginlik fonunda layihənin potensial hədəfə çevrilə biləcəyini bildirib. Onun fikrincə, layihə infrastrukturu üzərinə mümkün hücum investorları çəkindirə və marşrutun beynəlxalq əhəmiyyətini zəiflədə bilər.
Məqalədə İran dronlarının Azərbaycanda göründüyü barədə məlumatların da narahatlıq doğurduğu qeyd olunub.
Zərintac Mayisqızı

















