Ən böyük süni intellekt şirkətlərinin rəhbərləri süni intellektə nəzarət barədə razılaşma imzalayıb.
Zefer.media xarici mənbələrə istinadən bildirir ki, sənədi “Google”, “Anthropic”, “Meta”, “OpenAI”, “xAI” və “Nvidia” şirkətlərinin rəhbərləri imzalayıb.
Onların arasında Sundar Piçai, Dario Amodei, Mark Zukerberq, Qreq Brokman, İlon Mask və Jensen Huang da var.
Şirkətlər təlim zamanı öz modellərinin imkanlarına nəzarət etmək və müstəqil auditorları cəlb etmək barədə razılığa gəliblər.
Tramp razılaşmanı “demək olar ki, konstitusiya” və “mənəvi baxımdan məcburedici” sənəd adlandırıb.
O, həmçinin süni intellektin adının “superintellekt” (SI) olaraq dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Lalə Qurbanlı

















