• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.7° Weather Ashburn
$
1.7
€
1.9069
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın turizm potensialı Brüsseldə keçirilən beynəlxalq sammitdə təqdim olunub

30 Sentyabr, 26 / 16:23
A A

Azərbaycanın qədim İpək Yolu irsindən müasir dağ-xizək kurortlarınadək uzanan ilboyu səyahət imkanları Brüsseldə keçirilən “Euronews Travel & Tourism Summit 2026” sammitində beynəlxalq auditoriyaya təqdim olunub. Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid sammit çərçivəsində “Azərbaycan: İpək Yolundan xizək yamaclarınadək” sessiyasında və “Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panel müzakirəsində Azərbaycanın turizm imkanlarından bəhs edib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, Azərbaycanın Avropa ilə Asiya arasında təbii qovşaq kimi mövqeyi, zəngin tarixi-mədəni irsi və turizm məhsulları ölkənin beynəlxalq səyahətçilər üçün cəlbediciliyini artıran əsas üstünlüklər kimi önə çıxarılıb.

“Azərbaycan ziyarətçilərə bir səfər çərçivəsində qədim tarix, zəngin mədəniyyət, müasir şəhər həyatı, dağ mənzərələri və qış turizmini bir arada kəşf etmək imkanı verir. Avropa ilə genişlənən birbaşa hava əlaqələri isə ölkəmizi beynəlxalq səyahətçilər üçün daha əlçatan edir”, – deyə Florian Zenqstşmid bildirib.

Azərbaycanın beynəlxalq səyahətçilər üçün əlçatanlığının genişlənməsi də sammitdə önə çıxarılan mövzulardan olub. 2027-ci il mayın 8-dən Bakı-Brüssel marşrutu üzrə birbaşa uçuşların başlanmasının Avropa bazarından Azərbaycana səyahət imkanlarını genişləndirəcəyi bildirilib. Elektron viza sistemi və sadələşdirilmiş səyahət prosedurları da ölkəyə səfərlərin daha rahat planlaşdırılmasına imkan yaradır.

“Şərq Qərblə görüşür: səyahət əlaqələrində yeni mərhələ” panelində Qırğızıstanın Belçikadakı səfiri və ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Aidit Erkin, həmçinin Çin Xalq Respublikasının Avropa İttifaqındakı missiyasının nazir-müşaviri Su Chen də iştirak edib. Panel çərçivəsində artan bağlantılılığın beynəlxalq səyahətlərə təsiri və yeni turizm marşrutlarının inkişaf perspektivləri müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın genişlənən hava əlaqələri və Şərqlə Qərb arasında strateji mövqeyinin ölkənin beynəlxalq turizm əlaqələrinin inkişafı üçün yaratdığı imkanları diqqətə çatdırıb.

Azərbaycanın qış turizmi imkanları da sammitdə xüsusi diqqət çəkən istiqamətlərdən biri olub. “Şahdağ” Turizm Mərkəzində 2027-ci il martın 5-dən 7-dək Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Dünya Kuboku yarışlarının keçirilməsi Azərbaycanın beynəlxalq qış turizmi məkanı kimi tanıdılması və ölkənin dağlıq regionlarına səyahətlərin təşviqi baxımından əlavə imkanlar yaradır.

Azərbaycanın turizm təklifinin yalnız Bakı ilə məhdudlaşmadığı, ölkənin regionlarının da ziyarətçilərə müxtəlif təcrübələr təqdim etdiyi vurğulanıb. İpək Yolu irsi, qədim yaşayış məntəqələri, dağlıq ərazilər, zəngin təbiət və yerli icmaların mədəni ənənələri Azərbaycanın regionlarını fərqli səyahət təcrübələri axtaran turistlər üçün cəlbedici istiqamətlərə çevirir. Cənubi Qafqazda əməkdaşlığın genişlənməsi isə gələcəkdə bir neçə ölkəni əhatə edən yeni turizm marşrutlarının formalaşması üçün imkanlar yarada bilər.

Turizmin regionların inkişafına və yerli iqtisadiyyata töhfəsinin artırılması da Azərbaycanın uzunmüddətli turizm prioritetləri sırasında yer alır. “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində regionlarda turizm infrastrukturunun təkmilləşdirilməsi, mikrosahibkarlığın dəstəklənməsi və sektorun iqtisadi töhfəsinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulur. Florian Zenqstşmid turizmdə əsas məqsədin yalnız ziyarətçi sayını artırmaq deyil, onların Azərbaycanda qalma müddətini və yerli iqtisadiyyata töhfəsini də yüksəltmək olduğunu bildirib.

Sammit iştirakçıları Azərbaycanın turizm imkanları ilə yanaşı, ölkənin zəngin mətbəxi ilə də tanış olublar. Tərəfdaşlıq çərçivəsində təşkil olunan “Pasport Azərbaycana” (“Passport to Azerbaijan”) adlı işgüzar naharda Azərbaycan mətbəxinin seçilmiş nümunələri təqdim edilib. Təqdimat iştirakçılara ölkənin qastronomik irsini və qonaqpərvərlik ənənələrini dadlar vasitəsilə kəşf etmək imkanı yaradıb.

“Euronews”un televiziya, yayım və “YouTube” platformaları daxil olmaqla qlobal şəbəkəsi vasitəsilə canlı yayımlanan sammit Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya çatdırılması üçün mühüm platforma rolu oyanyıb. Beynəlxalq auditoriyaya çıxış əldə edən sammit “Euronews”un aylıq 400 milyondan çox istifadəçini əhatə edən qlobal şəbəkəsi vasitəsilə qlobal miqyasda geniş görünürlük qazanıb.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

Oktyabr 6, 2026
Gündəm

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Oktyabr 6, 2026
Gündəm

Asiya İnkişaf Bankı Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsinə 350 milyon dollar ayırıb

Oktyabr 6, 2026
Gündəm

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur təşkil edib

Oktyabr 6, 2026
Gündəm

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalanıb

Oktyabr 6, 2026
Gündəm

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Azərbaycan–Türkiyə qardaşlığı şəhid ailələrinin görüşündə bir daha nümayiş etdirilib

06 Oktyabr, 26 / 22:15

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

06 Oktyabr, 26 / 20:42

Avropa Komissiyası Aİ ölkələrinin veto hüququndan məhrum edilməsini təklif edib

06 Oktyabr, 26 / 20:33

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr, 26 / 20:30

Ermənistan Gümrüdəki bazanın gələcək taleyinə görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır - Rusiya XİN rəsmisi

06 Oktyabr, 26 / 20:25

Pakistan 30-40 min hərbçi göndərilməsi xəbərini təkzib edib

06 Oktyabr, 26 / 20:22

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr, 26 / 20:21

Soçi sahillərində gəmidə yanğın baş verib

06 Oktyabr, 26 / 20:18

Türk dövlətləri kosmos sahəsində səylərini birləşdirir

06 Oktyabr, 26 / 20:11

Azərbaycan və Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

06 Oktyabr, 26 / 20:09

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.