İranın ali lideri Müctəba Xameneyinin aylarla ictimaiyyət qarşısında görünməməsindən sonra İran rəsmiləri onun sağlam və ölkəyə rəhbərlik etdiyini göstərən mesajlar yaymağa başlayıblar.
Zefer.media xəbər verir ki, bununla əlaqədar “Financial Times” qəzeti məlumat yayıb.
Belə ki, rəsmilər son həftələrdə onun vəziyyəti ilə bağlı daha çox açıqlama verərək həm daxili ictimaiyyətə, həm də xarici tərəflərə onun nəzarəti itirmədiyi barədə siqnal göndərməyə çalışırlar.
Hesabatda qeyd edilib ki, bu mesajlar ölkədə siyasi qeyri-müəyyənlik artdığı bir dövrdə idarəetmənin sabit olduğunu göstərmək məqsədi daşıyır.
Eyni zamanda vurğulanır ki, nüvə proqramı və Hörmüz boğazı ətrafında gərginlik fonunda Tehran rəhbərliyinin qərarvermə mərkəzində kimin real təsirə malik olduğu barədə suallar da güclənir.
Zərintac Mayisqızı

















