Əfqanıstanın şərqindəki Nuristan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 23 nəfər həyatını itirib, 80 nəfər yaralanıb, 100-dən çox insan isə itkin düşüb.
Zefer.media xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.
İndiyədək itkin düşənlərdən 15 nəfərin meyiti tapılıb.
Daşqınlar nəticəsində 70 mağaza və 11 hotel tamamilə dağılıb, 40 avtomobil və yük maşını zədələnib.
Yerli media əyalətin mərkəzi Parun şəhərinin başçısının da itkin düşənlər arasında olduğunu bildirib.
Zərintac Mayisqızı

















