Dubayın dünyaca məşhur simvol tikililərindən olan Bürc əl-Ərəb oteli 1999-cu ildə açılışından bəri ilk dəfə genişmiqyaslı yenilənmə prosesinə daxil olur.
Zefer.media “TRT Haber”ə istinadən bildirir ki, bölgədə turizm ABŞ-İsrail və İran arasındakı müharibə səbəbilə yavaşladığı bir dövrdə otel 18 ay müddətinə bağlı qalacaq.
Otelin sahibi tərəfindən verilən açıqlamada yeniləmə işlərinin mərhələli şəkildə həyata keçiriləcəyi və layihənin Paris mərkəzli interyer dizayneri Tristan Oyer tərəfindən idarə ediləcəyi qeyd olunub.
Açıqlamada otelin tamamilə bağlanacağı ilə bağlı bir ifadəyə yer verilməsə də, otel əməkdaşı bu müddətdə rezervasiyası olan qonaqlara yaxınlıqdakı digər otellərdə qalma imkanı təqdim ediləcəyini vurğulayıb.
Rəsmilər, həmçinin bağlanma müddətinin aparılan işlərin gedişatından asılı olaraq dəyişə biləcəyini də əlavə ediblər.
Lalə Qurbanlı

















