Britaniyanın baş naziri Kir Starmer ölkəsinin İranla müharibəni dəstəkləmədiyini bəyan edib və mümkün gərginliyin iqtisadi nəticələrindən narahatlığını ifadə edib.
Zefer.media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Starmer bildirib ki, Britaniya vətəndaşları benzin qiymətlərinin artması və bunun ölkə iqtisadiyyatına təsiri ilə bağlı ciddi narahatlıq keçirir.
Baş nazirin sözlərinə görə, bəzi ölkələr Britaniyanı İranla müharibəyə cəlb etməyə çalışır, ancaq London bu ssenariyə qoşulmayacaq.
Zərintac Mayisqızı

















