• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.3° Weather Ashburn
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

12 Fevral, 26 / 9:23
A A

Fevralın 10-da Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkəmizin müasir xarici siyasət tarixində dönüş nöqtəsidir.

Bu sənəd ikitərəfli münasibətlərin genişlənməsini xarakterizə etməklə yanaşı, həm də Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının hüquqi təsbitidir. Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin mətbuata bəyanatları, eləcə də imzalanmış Xartiyanın məzmunu göstərir ki, münasibətlər artıq taktiki əməkdaşlıq mərhələsini geridə qoyaraq institusional və uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir.

Xartiyanın birinci maddəsində tərəflərin bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddəa Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə daha da möhkəmləndirilməsi baxımından prinsipial siyasi və hüquqi çəkiyə malikdir.

Sənəddə öz əksini tapmış ən mühüm istiqamətlərdən biri regional bağlantılar və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Orta Dəhliz üzərindən Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat və logistika bağlantısı yaradır. Bu isə regionun geoiqtisadi xəritəsinin yenidən formalaşması, ticarətin və qarşılıqlı asılılığın və nəticə etibarilə daimi sülhün təminat mexanizminin yaradılması deməkdir.

Azərbaycan qlobal enerji bazarında artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Onların əksəriyyətinin NATO üzvü olması ölkəmizin Avroatlantik enerji təhlükəsizliyi sistemindəki rolunu açıq şəkildə göstərir. Xartiyada enerji marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələri və mülki nüvə əməkdaşlığının nəzərdə tutulması Azərbaycanın strateji əhəmiyyətinin daha da artdığını təsdiq edir.

Sənədin iqtisadi və texnoloji bölməsi xüsusi diqqətə layiqdir. Rəqəmsal infrastrukturun inkişafı, tədqiqat və innovasiya platformalarının qurulması, texnologiyaların kommersiyalaşdırılması və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Azərbaycanın post-neft mərhələsinə keçid strategiyası ilə tam uzlaşır. Bu sahədə ABŞ ilə əməkdaşlıq ölkəmizi regionun rəqəmsal və texnoloji habına çevirmək potensialına malikdir.

Təhlükəsizlik əməkdaşlığı münasibətlərin fundamental dayaqlarından biridir. Müdafiə sənayesi məhsullarının satışı, antiterror fəaliyyətinin genişləndirilməsi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində məsuliyyətli və etibarlı tərəfdaş statusunu daha da gücləndirir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq sülhməramlı missiyalardakı rolunun yüksək qiymətləndirilməsi də bu etimadın göstəricisidir.

ABŞ-ın iştirakı ilə Ermənistan ilə paraflanmış sülh sazişi regionda yeni siyasi reallıq yaradıb. Prezident İlham Əliyevin prinsipial və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dayanıqlı sülh modelini seçdi. Ermənistanla tranzit və iqtisadi əməkdaşlıq imkanlarının açılması sülhün praktik əsaslara söykəndiyini göstərir.

Bu gün Azərbaycan yalnız enerji ixracatçısı deyil. Azərbaycan qlobal logistika qovşağına çevrilən, rəqəmsal transformasiyanı prioritet elan edən, təhlükəsizlik arxitekturasında aktiv rol oynayan və böyük güclərlə bərabərhüquqlu strateji tərəfdaşlıq quran müstəqil və güclü dövlətdir.

Strateji Tərəfdaşlıq Xartiyası

Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu sənəd regionda sülhün möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və təhlükəsizlik təminatlarının genişləndirilməsi baxımından uzunmüddətli perspektiv vəd edir.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

Bənzər Xəbərlər

Gündəm

İlham Əliyev Almaniyanın yeni səfiri Dirk Lölkeni qəbul edib

Avqust 13, 2026
Gündəm

BİQ və Qlobal Cənubun Gənclər Platforması əməkdaşlıq perspektivlərini müzakirə edib

Avqust 13, 2026
Gündəm

Çin və Tailand polisi sərhədlərarası kredit kartı fırıldaqçılığı şəbəkəsini ifşa edib

Avqust 13, 2026
Gündəm

Bakı metrosu “Qarabağ”ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Avqust 13, 2026
ilham əliyev imza
Gündəm

Prezidentin Naxçıvanla bağlı vacib SƏRƏNCAMI

Avqust 12, 2026
Cəmiyyət

Cavanşir Feyziyev: “İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

Avqust 11, 2026

XƏBƏR LENTİ

Naxçıvan: Böyük tarixi kommunikasiyanın yeni ümid və dialoq adası

15 Avqust, 26 / 14:01

Türkiyə müdafiə sənayesi strateji transformasiyaya məruz qalıb

14 Avqust, 26 / 17:32

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust, 26 / 17:18

Bu il elektron satınalmalarda dövlət büdcəsinə 294,3 milyon manat qənaət edilib

14 Avqust, 26 / 17:05

Şimali Koreya Rusiyaya daha 50 min hərbçi göndərə bilər

14 Avqust, 26 / 16:45

Hörmüz boğazından keçən gəmilərin sayı azaldı

14 Avqust, 26 / 16:42

Cəlil Xəlilov: “Baş Prokurorluğun mina partlayışı ilə bağlı apardığı hər bir araşdırma mühüm əhəmiyyətə malikdir”

14 Avqust, 26 / 16:40

Tanıdığınız şəxsin adından gələn bu mesajlara inanmayın

14 Avqust, 26 / 15:24

Prezident İlham Əliyevdən daha 4 fərman

14 Avqust, 26 / 15:18

Göyçayda zəncirvari qəza olub, altı nəfər xəsarət alıb

14 Avqust, 26 / 15:12

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.