ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son iki gün ərzində İranın Qeşm adası və Sirik bölgəsində yerləşən bəzi hərbi obyektlərə zərbələr endirildiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, CENTCOM əməliyyatların İranın radar sistemlərini və pilotsuz uçuş aparatlarının idarəetmə infrastrukturunu hədəfə aldığını bildirib.
ABŞ tərəfi sözügedən əməliyyatları “müdafiə xarakterli zərbələr” kimi təqdim edib.
Qeyd edilib ki, zərbələr İranın ABŞ-yə məxsus MQ-1 dronunu vurması və Vaşinqtonun “təhdid” kimi dəyərləndirdiyi digər hərəkətlərə cavab olaraq həyata keçirilib.
CENTCOM əməliyyat zamanı ABŞ qüvvələri arasında itki olmadığını açıqlayıb və Vaşinqtonun bölgədəki hərbi qüvvələrini və maraqlarını qorumağa davam edəcəyini vurğulayıb.
Zərintac Mayisqızı

















