• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.9° Weather Columbus
$
1.7
€
1.9067
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

14 Oktyabr, 26 / 9:54
A A

Türkiyənin İğdır şəhərində Azərbaycan İncəsənət Həftəsi çərçivəsində incəsənət ustalarımızın iştirakı ilə konsert proqramı və milli geyimlərin moda nümayişi təşkil olunub.

Zefer.media  Azərtaca istinadən xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, İğdır Valiliyinin və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə keçirilib.

Tədbirdə Qars valisi Fırat Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, yerli dövlət qurumlarının, ictimaiyyətin və mədəniyyət sahəsinin nümayəndələri, eləcə də çoxsaylı İğdır sakinləri iştirak ediblər.

Azərbaycan mədəniyyətinin, milli musiqi və incəsənətinin Türkiyədə tanıdılması məqsədi daşıyan tədbirdə ölkəmizin zəngin mədəni irsi, milli geyim ənənələri, musiqi və rəqs sənəti təqdim olunub.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan-Türkiyə qardaşlığı, ortaq tariximiz və zəngin mədəniyyətimiz haqqında məlumat verilib.

Daha sonra Azərbaycan milli geyimlərinin moda nümayişi keçirilib. Bakı Milli Geyim Evinin kolleksiyasına daxil olan libaslar dəfilədə nümayiş etdirilib.

İğdır Universitetinin tələbələri Azərbaycan milli geyimlərini, onların zəngin ornamentlərini və ənənəvi elementlərinin müasir dizaynla vəhdətini nümayiş etdiriblər.

Ardınca Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı vokal ifaçıları İlkin Dövlətov və Elgün Quliyev çıxış edərək milli musiqimizin müxtəlif janrlarını əhatə edən əsərlər səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Zəngəzur” rəqs ansamblı “Cəngi”, “Mirzəyi”, “Vağzalı” və “Naz eləmə” milli rəqslərini təqdim edərək konsert proqramına xüsusi rəng qatıb.

İğdırda keçirilən incəsənət tədbiri Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin, musiqi və geyim ənənələrinin Türkiyədə tanıdılması, eləcə də Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.

Bənzər Xəbərlər

Mədəniyyət

Mədəniyyətlərarası dialoq və gənclər: ortaq gələcəyə aparan yol

Oktyabr 12, 2026
Mədəniyyət

Xuraman Muradova: Türk dünyasının sözü Bakıda birləşdi

Sentyabr 23, 2026
Gündəm

Alla Axundova VƏFAT ETDİ 

Sentyabr 17, 2026
Mədəniyyət

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də “Təbrizin küçələri dolanbadolan”

Sentyabr 15, 2026
Mədəniyyət

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

Avqust 27, 2026
Mədəniyyət

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqust 26, 2026

XƏBƏR LENTİ

Azərbaycandan olan nümayəndə heyəti Samsun valisi ilə görüşüb- FOTOLAR

15 Oktyabr, 26 / 23:45

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

15 Oktyabr, 26 / 18:35

Sovet bayrağı ilə tədbirə qatılan Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib

15 Oktyabr, 26 / 17:51

Rusiyada kriptovalyuta ilə P2P əməliyyatları qadağan ediləcək

15 Oktyabr, 26 / 17:49

The Insider: Çin Rusiyaya uzaqmənzilli dronlar üçün modemlər tədarük edir

15 Oktyabr, 26 / 17:46

Rusiyada İsveç vətəndaşı saxlanılıb

15 Oktyabr, 26 / 17:43

İqnazio Kassis: İsveçrə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstək verməyə hazırdır

15 Oktyabr, 26 / 17:41

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

15 Oktyabr, 26 / 17:38

Zelenski: Rusiya bir sutka ərzində Ukraynaya 850-dən çox PUA ilə hücum edib

15 Oktyabr, 26 / 17:37

Rusiya Ukraynanın Kirovoqrad vilayətinə 360-a yaxın PUA ilə hücum edib

15 Oktyabr, 26 / 17:31

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.