Rusiyada 2027-ci il iyulun 1-dən fiziki şəxslər arasında kriptovalyutanın birbaşa alqı-satqısı qadağan ediləcək.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bundan əlavə, kriptovalyutanın vasitəçilər olmadan aktivləri saxlamağa imkan verən şəxsi “soyuq” pul kisələrinə köçürülməsinə də qadağa qoyulub.
Yeni qaydaların əsas məqsədi kriptovalyuta bazarını dövlət nəzarəti altına almaqdır.
Aytən Yalçınqızı

















