İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda vəsait mənimsəməkdə təqsirli bilib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, dəymiş 224 min manat məbləğində ziyanın tam ödənilməsinə baxmayaraq, məhkəmə cinayət işinə xitam verməyib. Prokurorluq Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Səmədov daha əvvəl 9 May tədbirinə SSRİ bayrağı və Georgi lenti ilə qatılaraq ictimai müzakirələrə səbəb olmuşdu. Daha sonra o, korrupsiya ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı.
Aytən Yalçınqızı

















