Xarici xəbərlər

The Insider: Çin Rusiyaya uzaqmənzilli dronlar üçün modemlər tədarük edir

15 Oktyabr 2026, 17:462
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Çinin Xingkai Tech şirkəti Rusiyaya pilotsuz uçuş aparatları (PUA) üçün mesh-modemlər tədarük etməyə hazırdır.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, “The Insider” nəşri “Gerbera” dronunda tapılan modemi araşdırıb. Jurnalistlər Rusiya təchizatçısı adı altında çıxış edərək Alabuqadakı zavod üçün 500 ədəd cihaz sifariş ediblər.

Nəşrin məlumatına görə, jurnalistlər sifarişin hərbi istehsalda istifadə olunacağını bildirsələr də, şirkət onlara hesab-faktura təqdim edib.

Bu modemlər “Geran” və “Gerbera” tipli dronlarda istifadə olunur. Onlar pilotsuz aparatlara məlumat mübadiləsi aparmağa və daha uzun məsafələrə uçuşlarını davam etdirməyə imkan verir.

Nəşrin məlumatına görə, Çin bankları da bu əməliyyatların həyata keçirilməsinə kömək edir.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600