Rusiya qüvvələri bu gün Ukraynanın Kirovoqrad vilayətinə 360-a yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, müharibənin başlanmasından bəri bölgəyə edilən ən kütləvi hücum kimi qiymətləndirilir.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, zərbələr kritik infrastruktura, nəqliyyat və logistika obyektlərinə, eləcə də yaşayış evlərinə endirilib.
Ən çox dağıntı və zərər vilayətin inzibati mərkəzi olan Kropivnitski şəhərində qeydə alınıb.
Aytən Yalçınqızı


















