Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son sutka ərzində Ukraynaya 850-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bildirib.
Zefer.media “Minval” a istinadən xəbər verir ki, Zelenskinin sözlərinə əsasən, “Şahid” tipli PUA-larla kütləvi hücum dünən gün ərzində və ötən gecə boyunca davam edib. Kiyevdə və ölkənin 15 vilayətində onlarla zərbə qeydə alınıb.
Hücumlar nəticəsində altı nəfər həlak olub. Onlardan üçü Kropivnitskidə, digər üçü isə Dnepropetrovsk vilayətində həyatını itirib.
Zelenski Rusiyanı sanksiyaların yumşaldılması və Ukraynaya təzyiq göstərilməsi cəhdləri fonunda vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib. O, tərəfdaşlarını Kiyevə dəstəyi, xüsusilə hava hücumundan müdafiə sahəsində yardımı gücləndirməyə çağırıb.
Aytən Yalçınqızı


















