İsrailli jurnalistlər “Flydubai” təyyarəsində baş verən insidentlə bağlı dramatik versiya açıqlayıblar.
Zefer.media xarici KİV-lərə istinadən bildirir ki, jurnalist Amit Seqalın sözlərinə görə, pilotlardan birinin intihar etmək məqsədilə təyyarəni qəsdən qəzaya uğratmağa çalışması versiyası araşdırılır.
Onun dediklərinə görə, pilot təyyarəni qəfil aşağı istiqamətləndirib, lakin ikinci pilot onunla mübarizəyə girərək enişi dayandıra bilib.
Reysin sərnişini Miriam “Channel 12”yə bildirib ki, uçuş zamanı sərnişinlər qışqırıq səsləri eşidiblər. Kabin qapısı açıldıqda isə orada qan olduğunu görüblər. Onun sözlərinə görə, pilotlardan biri qatlanan bıçaqla zərbə alıb.
Sərnişinlər ekipajla birlikdə davaya müdaxilə edərək onu dayandırıblar. Bundan sonra təyyarə təcili eniş edib.
Miriam bildirib ki, bir anda sərnişinlər sağ çıxmayacaqlarını düşünüblər.
“Channel 12”nin məlumatına görə, təyyarənin komandiri Rusiya vətəndaşı, ikinci pilot isə Ukrayna vətəndaşı olub.
Lalə Qurbanlı

















