Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə görüşüb. Görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Paşinyan Ermənistan iqtisadiyyatının şaxələndirilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə Avropa İttifaqının dəstəyinin vacibliyini vurğulayıb. O, həmçinin demokratik islahatların effektiv həyata keçirilməsində Aİ-nin dəstəyini qeyd edib.
Ursula fon der Lyayen isə Aİ-nin Ermənistan hökumətinin proqramlarının həyata keçirilməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dəstəyini davam etdirəcəyini bildirib.
Aytən Yalçınqızı















