Dünən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Küveytdə yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirilən İranın dron hücumunun qarşısının alındığını açıqlayıb.
Zefer.media xəbər verir ki, bu barədə CENTCOM-un X hesabında bildirilib.
ABŞ hava hücumundan müdafiə sistemləri hədəflərə doğru hərəkət edən pilotsuz uçuş aparatlarının bir neçəsini vuraraq zərərsizləşdirib.
Bəyanatda qeyd olunub ki, dronlar nəzərdə tutulan hədəflərə çata bilməyib və insident nəticəsində ABŞ hərbi personalı və ya texnikası arasında itki və zərər qeydə alınmayıb.
Zərintac Mayisqızı

















