Bu gün BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş İranın regional siyasəti ilə bağlı açıqlama verib.
Zefer.media xəbər verir ki, o bildirib:
“Yaxın Şərq ölkələri İranın “həddindən artıq regional ambisiyaları”nın bədəlini ödəməməlidir və bölgədə heç bir dövlətin mövqeyi ümumi təhlükəsizlik və sabitlik hesabına təmin edilə bilməz”.
Qarqaşın sözlərinə görə, Fars körfəzindən Yəmən, Livan və İraqa qədər bir sıra ölkələr İranın regional təsir siyasətinin nəticələrindən əziyyət çəkir.
“Bölgədəki heç bir ölkənin rolu ümumi təhlükəsizlik, sabitlik və rifah hesabına təmin edilə bilməz”, – o qeyd edib.
BƏƏ rəsmisi beynəlxalq münasibətlər sisteminin suverenliyə hörmət, mehriban qonşuluq və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Zərintac Mayisqızı

















