Dünən İran prezidenti Məsud Pezeşkian dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşdə ABŞ və İsraillə müharibənin ölkənin enerji infrastrukturuna ciddi ziyan vurduğunu deyib.
Zefer.media xəbər verir ki bununla bağlı “Azad İran” məlumat yayıb.
İran Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nur News” saytı isı prezidentin çıxışı ilə bağlı yazısını “Pezeşkianın səhv mesajın yayılmasından gileyi” başlığı ilə təqdim edərək, onun emosional yanaşmanı tənqid etdiyini ön plana çıxarıb.
Pezeşkian çıxışında diqqət çəkən ifadələrdən biri isə belə olub: “Yalan danışmaq ən pis günahdır”.
Daha sonra prezident bildirib ki, müharibə nəticəsində istehsal azalıb, ölkədə benzin çatışmazlığı yaranıb, həmçinin neft ixracı çətinləşib. O, mövcud vəziyyətin yaxın dövrdə qiymət artımlarına səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.
Zərintac Mayisqızı

















