Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji obyektlərini İranın pilotsuz uçuş aparatları (PUA) hücumlarından qorumaq üçün nəhəng metal “özünü müdafiə qəfəsləri” qurmağa başlayıb.
Zefer.media xəbər verir ki, bu barədə “The War Zone” saytı yazıb.
Məlumata görə, bu addım BƏƏ-nin neft və qaz infrastrukturunun bəzi hissələrinə ciddi ziyan vuran minlərlə İran raketi və dron hücumundan sonra atılıb.
İsrailin “I24 News” agentliyinin “X” platformasında paylaşdığı bir şəkil Dubay Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən neft çənlərinin ətrafında metal qəfəslər tikildiyini göstərdiyi iddia olunur.
Şəkildə bəzi çənlərin artıq tam metal örtüklə əhatə edildiyi, ön planda isə əlavə çənlər üçün yeni qoruyucu konstruksiyaların qurulduğu görünür.
Zərintac Mayisqızı

















