Çin prezidenti Si Cinpin Yaxın Şərqdə sülhün qorunması üçün dörd təklif irəli sürüb.
Zefer.media xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi məlumat yayıb.
Nəşrdə deyilir: “Çin lideri dinc yanaşı yaşama prinsipinə riayət etməyin vacibliyini vurğulayıb. O, həmçinin Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına və regionda sabit təhlükəsizlik arxitekturasının formalaşdırılmasına çağırıb”.
Bundan əlavə, o, region ölkələrinin milli suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət etməyin vacibliyini vurğulayıb. Si Cinpin həmçinin beynəlxalq hüquq normalarına və təhlükəsizlik məsələlərində inkişaf və birgə fəaliyyət prinsiplərinə əməl etməyin vacibliyini qeyd edib.
Zərintac Mayisqızı

















