Dünya

Yəməndə partlayış jurnalistin ölümünə səbəb oldu

25 İyun 2026, 15:031
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yəmənin Hadramaut əyalətində “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” telekanallarının müxbiri Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.

Zefer.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Jurnalistin avtomobilinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb və nəticədə o, hadisə yerində həyatını itirib.

Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində baş verib.

Yerli təhlükəsizlik orqanları partlayışın səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600