• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.2° Weather Columbus
$
1.7
€
1.9512
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi uğurla yekunlaşıb – FOTOLAR

25 Avqust, 26 / 12:40
A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində təşkil olunan üç günlük xüsusi düşərgə proqramı uğurla başa çatıb. 

Zefer.media xəbər verir ki, layihənin əsas məqsədi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) veteranlarının və şəhid ailələrinin övladlarına sosial-psixoloji dəstək göstərmək, onların sosial inteqrasiyasına töhfə vermək, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, vətənpərvərlik ruhunu yüksəltmək, şəxsi inkişaf və ünsiyyət bacarıqlarının formalaşmasına dəstək olmaq, dövlətimizin qayğısını onlara çatdırmaq, eləcə də şəhidlərin və qazilərin qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edən mühit yaratmaqdır.

Layihə çərçivəsində 60-dan çox şəhid övladının iştirakı ilə üç günlük xüsusi düşərgə proqramı təşkil olunub. Düşərgə müddətində uşaqlar üçün maarifləndirici, psixoloji, mədəni, sosial və əyləncəli tədbirlər təşkil edilib, onların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, yeni bilik və bacarıqlar əldə etmələrinə imkan yaradılıb.

Düşərgənin ilk günü avqustun 17-də Lənkəran şəhərində başlayıb. İştirakçıların yerləşdirilməsindən sonra uşaqlar üçün Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində müxtəlif proqramlar təşkil olunub.

Günün mühüm istiqamətlərindən biri uşaqların psixoloji və sosial inkişafına dəstək məqsədilə keçirilən interaktiv təlimlər olub. Peşəkar uşaq psixoloqu Leyla Hacıyeva tərəfindən keçirilən təlimlərdə uşaqların ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, özünüifadə imkanlarının genişləndirilməsi, emosiyaların düzgün ifadə olunması və komanda ruhunun gücləndirilməsi istiqamətində müxtəlif interaktiv çalışmalar və qrup işləri həyata keçirilib.

Təlimlər azyaşlıların bir-biri ilə daha yaxından tanış olmasına, kollektivdə özlərini daha rahat ifadə etməsinə və komanda daxilində əməkdaşlıq bacarıqlarının inkişafına şərait yaradıb.

Düşərgənin ilk günündə iştirakçılar, həmçinin Lənkəranda yerləşən çay plantasiyasına ekskursiya ediblər. Ekskursiya zamanı uşaqlar bölgənin çayçılıq ənənələri, çayın yetişdirilməsi və emalı prosesi haqqında məlumat əldə edib, eyni zamanda təbiətlə yaxından tanış olmaq imkanı qazanıblar.

Günün sonunda düşərgə iştirakçıları üçün maraqlı mədəni gecə təşkil olunub. Mədəni proqram zamanı uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdirib, müxtəlif təqdimat və çıxışlarla gecəyə xüsusi rəng qatıblar. Sözügedən tədbir onların bir-biri ilə ünsiyyətinin gücləndirilməsi və düşərgədə səmimi, dostluq mühitinin formalaşdırılması baxımından da əhəmiyyətli olub.

Düşərgənin ikinci günü iştirakçıların Masallı rayonuna səfəri ilə davam edib.

Səfər çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov uşaqlarla görüşüb. Görüş zamanı uşaqlarla səmimi söhbət aparılıb, onların düşərgə təəssüratları dinlənilib və layihənin məqsədləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı ziyarət olunub. Abidələrin önünə gül dəstələri qoyulub, şəhidlərin və Azərbaycanın qəhrəman övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

Masallı Heydər Əliyev Mərkəzində uşaqlar üçün növbəti psixoloji və maarifləndirici proqram təşkil olunub. Peşəkar uşaq psixoloqu Leyla Hacıyevanın rəhbərliyi ilə keçirilən təlimlərdə uşaqların psixoloji inkişafı, ünsiyyət bacarıqları, kollektivdə davranış və qarşılıqlı münasibətlər mövzularında müxtəlif interaktiv çalışmalar icra edilib.

İkinci günün mühüm maarifləndirici istiqamətlərindən biri də informasiya təhlükəsizliyi mövzusunda keçirilən təlim olub. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Rahim Şükürov uşaqlara internet və sosial mediadan təhlükəsiz və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verib.

Təlim zamanı uşaqlara sosial şəbəkələrdə qarşılaşa biləcəkləri risklər, şübhəli keçidlər və linklər, təhlükəli onlayn oyunlar, şəxsi məlumatların qorunması və rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları izah edilib. Bununla da layihənin iştirakçıların yalnız milli-mənəvi və sosial inkişafına deyil, müasir dövrün mühüm çağırışlarından biri olan rəqəmsal təhlükəsizlik sahəsində maarifləndirilməsinə də töhfə verməsi təmin olunub.

Uşaqlar Masallının qədim sənət növlərindən olan dulusçuluq sənəti ilə də yaxından tanış olublar. Onlara dulusçuluğun tarixi, gil materialının hazırlanması və müxtəlif məmulatların hazırlanma texnologiyası haqqında məlumat verilib. Ardınca uşaqlar praktiki məşğələdə iştirak edərək öz əlləri ilə müxtəlif gil qablar hazırlayıblar.

İştirakçılar, həmçinin Masallının qədim sənət nümunələrindən biri olan həsirçilik sənəti ilə tanış olmaq məqsədilə həsirçilik sənəti evini ziyarət ediblər. Burada uşaqlara həsirçiliyin tarixi, hazırlanma texnologiyası və bu sənətin bölgənin mədəni irsindəki əhəmiyyəti barədə məlumat verilib. Səfərin sonunda uşaqlara həsirdən hazırlanmış müxtəlif hədiyyələr təqdim olunub.

Beləliklə, düşərgənin ikinci günü uşaqlar üçün həm tarixi-mədəni irsin öyrənilməsi, həm milli sənət nümunələri ilə praktiki tanışlıq, həm də müasir informasiya mühitində təhlükəsiz davranış bacarıqlarının formalaşdırılması baxımından zəngin proqramla yadda qalıb.

Günün sonunda iştirakçılar üçün növbəti mədəni-əyləncəli proqram təşkil edilib. Mədəni gecə uşaqların asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə ünsiyyətinin daha da gücləndirilməsi və düşərgənin ümumi atmosferinin zənginləşdirilməsi baxımından yaddaqalan olub.

Düşərgənin üçüncü günü iştirakçılar üçün xüsusi mənəvi və emosional əhəmiyyət daşıyan proqramla davam edib. Şəhid övladları Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində qonaq olublar.

Həmin ziyarət layihənin əsas ideyasının – qəhrəman şəhidlərin irsinin onların övladları vasitəsilə gələcək nəsillərə çatdırılmasının – ən mühüm məqamlarından biri olub.

Bir vaxtlar onların atalarının dayandığı sıralarda bu dəfə qəhrəmanların övladları dayanıb. Hərbi hissənin rəhbər heyəti düşərgə iştirakçılarını tribunadan salamlayaraq onlara müraciət edib və “Sizlər bizim qürurumuzsunuz. Sizi heç vaxt unutmadıq” mesajını çatdırıb.

Görüş zamanı uşaqlar bir zamanlar atalarının icra etdiyi xidmət və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Onlara xüsusi təyinatlı hərbçilərin istifadə etdiyi silah və təchizat nümunələri nümayiş etdirilib, hərbi xidmətin müxtəlif istiqamətləri barədə məlumat verilib.

Ziyarətin ən duyğulu məqamlarından biri isə uşaqların atalarının vaxtilə xidmət zamanı istifadə etdiyi qida nümunələrindən dadması olub. Bu məqam şəhid övladları üçün onların atalarının gündəlik xidmət həyatını daha yaxından təsəvvür etmək və ata xatirələri ilə bağlı mənəvi bağlarını gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyıb.

Proqramın sonunda iştirakçılar üçün hazırlanmış tort kəsilib və düşərgənin üç günlük proqramı xoş və səmimi atmosferdə yekunlaşdırılıb.

“XTQ Qəhrəmanlarının İrsi” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər uşaqların asudə vaxtının səmərəli təşkil olunması ilə məhdudlaşmayıb. Layihə onların psixoloji rifahının gücləndirilməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi, özünüifadə imkanlarının genişləndirilməsi, komanda ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və müasir çağırışlar barədə məlumatlandırılması istiqamətində kompleks yanaşma əsasında həyata keçirilib.

Üç günlük düşərgə proqramı çərçivəsində iştirakçılar psixoloji təlimlərdə və qrup işlərində iştirak edib, tarixi və mədəni məkanları ziyarət edib, milli sənət növləri ilə tanış olub, informasiya təhlükəsizliyi üzrə biliklərini artırıb, təbiətlə tanışlıq imkanları əldə edib və hərbi hissəyə ziyarət zamanı şəhid atalarının xidmət yolu ilə bağlı xüsusi təəssüratlar yaşayıblar.

Layihənin mühüm nəticələrindən biri də uşaqlar arasında qarşılıqlı ünsiyyət və dostluq əlaqələrinin gücləndirilməsi, onların kollektiv mühitdə özlərini daha rahat ifadə etmələri və sosiallaşmaları üçün əlverişli mühitin yaradılması olub.

“XTQ Qəhrəmanlarının İrsi” layihəsi şəhid ailələrinin övladlarına göstərilən diqqət və qayğının davamlı xarakter daşımasının, onların mənəvi və sosial inkişafına dəstəyin gücləndirilməsinin və qəhrəman şəhidlərin irsinin gənc nəslə çatdırılmasının vacibliyini bir daha nümayiş etdirib.

Düşərgə proqramı həm uşaqların zəngin və yaddaqalan təcrübə qazanmasına, həm də onların Azərbaycanın qəhrəmanlıq tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi ilə daha yaxından tanış olmasına imkan yaradıb.

“XTQ Qəhrəmanlarının İrsi” layihəsi – qəhrəmanların keçmişindən gələcəyin nəslinə uzanan mənəvi körpü kimi, şəhidlərin və qazilərin irsinin yaşadılması, onların övladlarının yanında olmaq və milli yaddaşın qorunması istiqamətində mühüm təşəbbüs olaraq uğurla yekunlaşıb.

Bənzər Xəbərlər

Manşet

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

Sentyabr 22, 2026
Manşet

Niyə həmişə yorğunuq? — Psixoterapevtdən XƏBƏRDARLIQ

Sentyabr 22, 2026
Cəmiyyət

Azərbaycanda mal əti bahalaşdı

Sentyabr 22, 2026
Cəmiyyət

Masallının böyük bir hissəsi qazsız qalacaq

Sentyabr 22, 2026
Cəmiyyət

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

Sentyabr 21, 2026
Siyasət

İstənilən an NATO-Rusiya savaşı baş verə bilər - Politoloq

Sentyabr 21, 2026

XƏBƏR LENTİ

İranla münaqişə uzun müddət davam edəcək - BƏƏ

22 Sentyabr, 26 / 20:53

Rusiya hərbçiləri Ukraynada cinsi zorakılıqdan işgəncə vasitəsi kimi istifadə edir – BMT

22 Sentyabr, 26 / 19:52

Rusiya Estoniya sərhədində komendant rejimi tətbiq edib – Nəyə hazırlaşırlar?

22 Sentyabr, 26 / 19:50

Belqorodun keçmiş meri müharibədə həlak olub

22 Sentyabr, 26 / 19:48

Qrenlandiya ABŞ-nin hərbi dayaq məntəqəsinə çevrilir

22 Sentyabr, 26 / 19:46

Ermənistan süni intellektə sərmayə qoyur

22 Sentyabr, 26 / 19:42

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin işğal altındakı hissəsində FSB obyektlərini vurub

22 Sentyabr, 26 / 19:39

Putin tərəfdarı Petrosyanın həyat yoldaşını Avropaya buraxmayıblar

22 Sentyabr, 26 / 19:35

Latviya Fridman və Usmanovun sanksiya siyahısından çıxarılmasına qarşı çıxıb

22 Sentyabr, 26 / 19:33

Venesiya turistlər üçün şəhər rüsumunu artırmağı planlaşdırır

22 Sentyabr, 26 / 19:30

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.