Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.
Zefer.media APA-ya istinadla xəbər verir ki, yanğın zamanı kafedə köməksiz vəziyyətdə qalan iki nəfər hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

















