• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.2° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşaqların sosial şəbəkə təhlükəsizliyi: Valideynlər nəyə diqqət etməlidir?

02 İyul, 26 / 18:02
A A

Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə uşaqların sosial şəbəkələrdən istifadəsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, kiberzorakılıq, saxta profillər, şəxsi məlumatların oğurlanması və zərərli məzmun kimi risklər də artmaqdadır.

Bəs bu risklərin qarşısının alınması üçün valideynlər nəyə diqqət etməlidir? Sosial şəbəkə platformalarının və aidiyyəti qurumların üzərinə hansı məsuliyyət düşür?

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən psixoloq Helin Şadfar bildirib ki, sosial şəbəkələrin uşaqların psixoloji inkişafına həm müsbət, həm də mənfi təsirləri var:

“Düzgün istifadə olunduqda uşaqlar yeni biliklər əldə edə, ünsiyyət bacarıqlarını inkişaf etdirə və özlərini daha rahat ifadə edə bilərlər. Amma həddindən artıq istifadə edildikdə bu, telefon asılılığına, diqqətin azalmasına, stress və narahatlığın artmasına səbəb ola bilər. Bundan başqa, sosial şəbəkələrdə baş verən kiberzorakılıq və insanların özlərini başqaları ilə müqayisə etməsi uşağın özünəinamına mənfi təsir göstərə bilər. Buna görə də sosial şəbəkələrdən istifadə zamanı balansın qorunması və valideyn nəzarəti vacibdir. Bu, təkcə uşaqlar üçün deyil, eyni zamanda böyüklər üçün də keçərlidir.”

Psixoloq uşaqların telefon və sosial şəbəkələrdən istifadəsinə nəzarətin necə həyata keçirilməli olduğuna da toxunub:

“Uşağın telefon və sosial şəbəkədən istifadəsinə nəzarət qadağalarla deyil, düzgün qaydalar müəyyən etməklə həyata keçirilməlidir. Valideynlər uşağın yaşına uyğun istifadə müddəti müəyyən etməli, hansı tətbiqlərdən istifadə etdiyini izləməli və internetdə qarşılaşa biləcəyi təhlükələr barədə onunla açıq şəkildə danışmalıdırlar. Eyni zamanda, uşağın bütün boş vaxtını telefonda keçirməsinin qarşısını almaq üçün onu idmana, kitab oxumağa və digər faydalı fəaliyyətlərə yönləndirmək lazımdır. Düşünürəm ki, valideynlə uşaq arasında qarşılıqlı etibar olduqda və qaydalar birlikdə müəyyən edildikdə, telefon və sosial şəbəkələrdən daha təhlükəsiz və faydalı şəkildə istifadə etmək mümkündür. Əks halda, bunun fəsadları böyük ola bilər.”

 Vəkil Əkrəm Həsənov isə məsələyə münasibət bildirən zaman diqqətə çatdırıb ki, Azərbaycanda bu sahəni birbaşa tənzimləyən ayrıca qanun mövcud olmasa da, uşaqların hüquqlarının qorunmasını nəzərdə tutan bir sıra qanunvericilik aktları mövcuddur:

“Bu sahə ilə bağlı Azərbaycanda ayrıca xüsusi qanun yoxdur. Lakin bu məsələni tənzimləyən bir sıra qanunvericilik aktları mövcuddur. Məsələn, “Uşaq hüquqları haqqında” Qanun dövlətin uşaqları fiziki və mənəvi təhlükələrdən qorumaq öhdəliyini müəyyən edir. Bundan başqa, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun zərərli informasiyanın yayılmasının qarşısının alınması üçün ümumi hüquqi çərçivə yaradır. Uşaqların sağlamlığına və inkişafına mənfi təsir göstərən məlumatlar da bu kateqoriyaya daxildir. Cinayət Məcəlləsində uşaqların fahişəliyə, əxlaqsız hərəkətlərə və ya seksual xarakterli əməllərə cəlb edilməsi, yaxud buna məcbur edilməsi kimi hallara görə ağır cəzalar nəzərdə tutulur. Eyni zamanda, qanunsuz informasiya əldə etmə, virus yayma və digər kibercinayətlərlə bağlı müddəalar da tətbiq oluna bilər. İnzibati Xətalar Məcəlləsində isə alkoqol, narkotik və digər zərərli vərdişlərə təhrik edən informasiyanın yayılmasına görə məsuliyyət müəyyənləşdirilib.”

Vəkilin sözlərinə görə, qanunvericilikdə bu sahə ilə bağlı müəyyən boşluqlar da müşahidə olunur:

“Lakin bu sahədə ən ciddi boşluqlardan biri yaş həddinin yoxlanılmasının məcburi olmamasıdır. Məsələn, hər hansı şəxs zərərli məlumat paylaşdıqdan sonra “onun 18 yaşına çatmadığını bilmirdim” deyə məsuliyyətdən yayınmağa çalışa bilər. Bu isə mövcud qanunvericiliyin əsas çatışmazlıqlarından biridir. Sosial şəbəkə platformalarının bu sahədə hüquqi öhdəliklərinə gəlincə, bu məsələ hazırda qlobal miqyasda ən çox müzakirə olunan mövzulardan biridir. Beynəlxalq səviyyədə məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı vahid standartların müəyyən edilməsi, zərərli məzmunun operativ silinməsi, platformaların hesabatlı və şəffaf fəaliyyət göstərməsi, eləcə də yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür. Lakin bu mexanizmlər hələ tam şəkildə işləmir. Hazırda Azərbaycanda da, dünyanın əksər ölkələrində olduğu kimi, istənilən yaşda şəxs internet üzərindən müxtəlif məzmunlara sərbəst çıxış əldə edə bilir. Bu problem yalnız konkret hallar üzə çıxdıqda hüquqi qiymət ala bilir. Bütün istifadəçilərin fəaliyyətinə daimi nəzarət etmək isə praktik baxımdan mümkün deyil”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır  

İyul 24, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.