Dünya

Rusiya və Çin İran sanksiyalarının bərpasına qarşı çıxdı

11 Sentyabr 2026, 16:161
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

BMT Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı sanksiyaların bərpası məsələsi ətrafında fikir ayrılığı yaranıb.

Zefer.media xəbər verir ki, Şura 1737 Sanksiyalar Komitəsinin fəaliyyəti və İranın nüvə proqramı ilə bağlı sanksiyaların tətbiqinə dair dövri hesabatı müzakirə edib.

İclasın gündəliyi 11 lehinə, 2 əleyhinə və 2 bitərəf səslə təsdiqlənib. Rusiya və Çin isə məsələnin gündəliyə daxil edilməsinə qarşı çıxıblar.

Moskva və Pekin İranla bağlı əvvəlki BMT sanksiyalarının “snapback” mexanizmi vasitəsilə bərpasının hüquqi əsaslarını qəbul etmədiklərini bildiriblər.

Rusiya nümayəndəsi 2231 saylı qətnamənin müddətinin başa çatdığını və bununla əlaqədar 1737 Komitəsinin fəaliyyətinin yenidən bərpa edilməsinə hüquqi əsas olmadığını vurğulayıb. Çin də Rusiyanın mövqeyini dəstəkləyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600