• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Ashburn
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşağınız yaşıdlarından gec danışır? - Səbəblər və çıxış yolları

21 May, 26 / 11:09
A A

“Övladım hələ də danışa bilmir, yaxud söz ehtiyatı olduqca azdır “, “Uşağım sözləri tələffüz etməkdə çətinlik çəkir” bu kimi ifadələri valideynlərin bir qismindən eşidirik, uşaqlarının nitq gecikməsi ilə bağlı narahatlıqlar yaşayırlar.

Bəli, bəzi azyaşlılar yaşıdları ilə müqayisədə danışmağa daha gec başlayır, söz ehtiyatı zəif olur və ünsiyyətdə problem yaşayır.

Bəs görəsən uşaqlarda nitqin gec formalaşmasının əsas səbəbləri nələrdir?

Defektoloq-Loqoped, Oyun Terapevti Elşən Hüseynov Zefer.media-ya açıqlamasında bildirib ki, son illərdə valideynlər arasında ən çox müzakirə olunan, narahatlıq doğuran mövzulardan biri də uşaqlarda nitq gecikməsidir:

“Onunla eyni yaşlarda olanlar artıq cümlə qurur, sərbəst danışır amma mənim övladım hələ də susur” kimi ifadələrə kliniki praktikamızda tez-tez rast gəlirik.

Həqiqətən də, müasir dövrdə nitq inkişafı problemləri bir epidemiya kimi böyüyür. Nitq sadəcə sözlərin düzgün və axıcı şəkildə tələffüz etmək deyil, o, insanın ali psixi funksiyasıdır. Nitq varsa, ünsiyyət var, sosial adaptasiya var, bütöv bir gələcək var. Lakin bir mütəxəssis kimi qeyd etməliyəm ki, övladımızın inkişafına yalnız “danışır ya da danışmır” prizmasından baxmaq bizi böyük bir xətaya sürükləyir.

Nitq kompleks bir mexanizmdir və digər bütün inkişaf sahələri ilə zəncirvari şəkildə bağlıdır. Əgər uşağın yaşına uyğun intellektual irəliləyişi yoxdursa, sosiallaşmaqda çətinlik çəkirsə, sensor və emosional sahədə boşluqlar varsa, nitqin təkbaşına irəliləməsini gözləmək absurddur. Danışa bilməməsi əslində, ümumi inkişaf sistemindəki bir axsaqlığın təzahürüdür.

Əlbəttə ki, nitqdə yaranan problemləri həll etmək üçün ilk öncə onun nədən qaynaqlandığına baxmalıyıq.
Biz bu problemi kökündən həll etmək üçün səbəbləri iki əsas qrupa ayırırıq:
Endogen (daxili) və Ekzogen (xarici) səbəblər

1. Endogen faktorlar

Bura uşağın mərkəzi sinir sisteminin və nitq aparatının fərdi, bioloji potensialını zədələyən daxili faktorlar daxildir. Yəni, hamiləlik dövründə, doğuş zamanı və ya doğuşdan sonrakı ilk illərdə baş verən zədələnmələr, eləcə də anatomik-fizioloji problemlər nitqin inkişafdan qalmasına səbəb olur. Buraya həmçinin genetik və neyrobioloji faktorlar da aiddir. Belə ki, sosial-emosional, sensor və intellektual inkişaf sahələrində rast gəlinən problemlər, autizm spektr pozuntusu və digər oxşar hallar fonunda uşağın nitq inkişafı paralel şəkildə inkişafdan qalır.

2. Ekzogen səbəblər

Ekzogen səbəblər deyəndə xarici mühitin neqativ təsiri nəticəsində sonradan qazanılan ləngimələrdir. Buradakı ən başlıca səbəb valideynlərin düzgün olmayan yanaşmasıdır. Bəzi valideynlər uşaqla emosional bağlılığını qorumur və ona qarşı çox laqeyd yanaşır. Nəticədə isə Pedaqoji Baxımsızlıq dediyimiz bir məfhum ortaya çıxır. Uşaqla gündəlik ünsiyyətə keçməmək, onun inkişafını izləməmək, onu telefon və televizor izləməyə məruz qoymaq, həmyaşıdları ilə oynamasına imkan yaratmamaq kimi hallar nəinki nitqin, eyni zamanda psixikanın, emosionallığın və sosiallaşmanın zəmininə ciddi və qalıcı zərər vurur”.

Mütəxəssis xüsusi olaraq vurğulayıb ki , erkən yaşlarda ekran asılığının yaranması ən çox rast gəlinən səbəblərdən biridir:

“Uzunmüddət ekran qarşısında qalmaq uşağın aktiv şəkildə ünsiyyətə keçmə ehtiyacını aradan qaldırır və beynin koqnitiv sahəsini bloklayır. Bu da nəticədə danışa bilməyən ya da danışmaq istəməyən uşaqlar yaradır.
Biz azyaşlıların inkişaf xüsusiyyətlərini dəyərləndirərkən mütləq şəkildə inkişaf standarlarına baxmalıyıq. İnkişaf standartları bizə uşağın öz yaşına uyğun bacarıqlara sahib olub olmadığını dəqiq şəkildə göstərən əsas meyardır.
Balacalarda nitqin inkişafına aid standartları bilmək üçün aşağıdakılara mütləq nəzər salmalıyıq :

• 1 yaşına qədər – Uşaq artıq böyüklərin nitqinə reaksiya verməli, səsləri təqlid etməli , jestlərdən istifadə etməli və “ana”, “ata”, “ver” kimi ilk sadə, mənalı sözləri tələffüz etməlidir.

• 2-3 Yaş – Bu dövr nitqin sıçrayış mərhələsidir. Uşağın lüğət fondu kəskin şəkildə artmalıdır. 2 və 3 sözdən ibarət sadə cümlələri qurmağı bacarmalıdır. Öz istəklərini nitqlə ifadə edə bilməlidir.

• 4-5 Yaş – Bu dövrdə nitq artıq tam bir ünsiyyət vasitəsinə çevrilir. Uşaq mürəkkəb cümlələr qurmağı, kiçik hekayələr danışmağı öyrənir. Gün ərzində baş verən hadisələri sizə danışır və suallarınıza cavab verir. Eyni zamanda, bu dövrdə səslərin böyük qismini düzgün tələffüz etməyi öyrənir”.

Elşən Hüseynov əlavə edib ki, unutmaq olmaz ki, hər bir uşaq unikaldır, hər bir fərdin inkişafı fərqlidir:

“Kiçik yayınmalar normaldır, lakin yuxarıdakı standartlar arasında kəskin fərqlər müşahidə edirsinizsə, bu çox ciddi bir haldır.

Nitqin gecikməsinə səbəb olan səbəbləri və inkişaf standartlarını sadaladıq. Bəs bu problemin bir həll yolu varmı ? Zənnimcə, valideynləri ən narahat edən məsələ budur.

Əvvəla, mənim valideynlərə verə biləcəyim ən əsas məsləhət tələsməkdən çəkinmək və səbrlə, təmkinlə yanaşmaqdır. Çünki, bu problemi çətin və qaçılmaz bir tale kimi qəbul etmək düzgün deyil. Nitq gecikməsini düzgün yanaşma, doğru dəstək ilə qismən və ya tam şəkildə aradan qaldırmaq mümkündür.
Valideynlər aşağıda qeyd etdiyim məsləhətləri yerinə yetirməklə övladlarının inkişafında ciddi fərq görəcəklərinə tam əmin ola bilərlər.

1. Ekransız mühit yaradın.

Övladınızla keçirdiyiniz zamanın keyfiyyətini artırın. Onunla maraqlı, öyrədici və məşğuledici oyunlar oynayın. Ekrana öyrəşmiş bir uşağı tamamilə məhdudlaşdırmayın. Əksinəz telefonu bir oyun vəsaitinə çevirin. Onunla edə biləcəyiniz müxtəlif faydalı fəaliyyətlər də var. Telefonda heyvan səsləri qoyub onları təqlid edə ya d öyrədici videoları izlədikdən sonra real həyatda onları tətbiq edə bilərsiniz. Bu tamamilə sizin yaradıcılığınıza qalıb.

2. Sosial mühiti genişləndirin.

Uşağı yaşıdları ilə ünsiyyətdə ola biləcəyi məkanlara – parklara, oyun qruplarına, qrup fəaliyyətlərinə aparın. Eyni zamanda, təhsil mühitinə adaptasiya olması üçün erkən yaşlardan etibarən bağça ya da gündəlik kurslardan xidmət almağınızı da tövsiyə edirəm.

3. Əgər ehtiyac varsa, gecikmədən Erkən müdaxilədən yararlanın.

Erkən müdaxilə dedikdə, 2-3 yaşdan etibar Əgər problem sosial mühitlə düzəlmirsə və daxili səbəblərdən qaynaqlanırsa, zaman itirmədən peşəkar loqoped və psixoloq dəstəyinə müraciət etməlsiniz. Əks halda, övladınızın inkişaf problemi günü-gündən daha da böyüyə və bərpa edilə bilməz duruma gələ bilər.

Görünən odur ki, vaxtında müşahidə, düzgün istiqamətləndirmə və ehtiyac olduqda mütəxəssis dəstəyi uşağın inkişafında yaranan çətinliklərin aradan qaldırılmasına şərait yarada bilər. Buna görə də valideynlərin uşağın inkişaf mərhələlərini izləməsi və dəyişikliklərə həssas yanaşması vacib sayılır”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

“Gənclik və dəyərlər” layihəsi başlayır

İyun 13, 2026
Cəmiyyət

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

İyun 12, 2026
Cəmiyyət

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

İyun 12, 2026
Cəmiyyət

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

İyun 12, 2026
Cəmiyyət

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

İyun 12, 2026
Cəmiyyət

Bakı metrosu ilə bağlı yeni xəbər

İyun 12, 2026

XƏBƏR LENTİ

“Gənclik və dəyərlər” layihəsi başlayır

13 İyun, 26 / 11:27

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

12 İyun, 26 / 21:57

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

12 İyun, 26 / 21:43

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

12 İyun, 26 / 21:32

Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan XİN arasında mədəni irsin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb

12 İyun, 26 / 21:27

Kürdəmirdə 28 yaşlı gənc kanalda boğularaq ölüb

12 İyun, 26 / 18:09

Cenevrə “planı” havada qaldı: İran imza xəbərlərini təkzib etdi 

12 İyun, 26 / 18:06

ABŞ ilə anlaşmanın detalları Xameneiyə təqdim edilib

12 İyun, 26 / 17:54

Gələcəyi riskə atan problem: Uşaqlarda ekran asılılığı - AÇIQLAMA 

12 İyun, 26 / 17:47

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

12 İyun, 26 / 17:18

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.