• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.6° Weather Columbus
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Telekommunikasiya və nəqliyyat

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

24 İyun, 26 / 15:52
A A

Almaniyanın Hamburq şəhərində yerləşən Airbus konserninin Finkenverder istehsalat kompleksində AZAL-ın ilk Airbus A321neo təyyarəsinin təqdimat və təhvilvermə mərasimi keçirilib.

Zefer.media Teleqraf-a istinadən xəbər verir ki, mərasimdə AZAL, Airbus, AerCap və CFM International şirkətlərinin rəhbər şəxsləri, eləcə də müxtəlif ölkələrdən dəvət olunmuş media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Airbus-un A320 ailəsi proqramının icraçı vitse-prezidenti Kristof Zammert AZAL-a ilk Airbus A321neo təyyarəsinin təqdim olunmasını xüsusi hadisə kimi qiymətləndirib.

O bildirib ki, Airbus hər gün iki-üç təyyarə təhvil versə də, bütün təhvilvermələr ayrıca mərasimlə qeyd edilmir:

“AZAL-a ilk Airbus A321neo təyyarəsinin təqdim olunması bizim üçün mühüm mərhələlərdən biridir. Bu təyyarə yanacaq sərfiyyatı, səs-küy səviyyəsi, ekoloji göstəriciləri və sərnişin komfortu baxımından sənayenin ən yaxşı nümunələrindən hesab olunur”.

Zammert qeyd edib ki, təyyarənin təhvil verilməsi aylarla və hətta illərlə davam edən əməyin nəticəsidir.

Onun sözlərinə görə, Airbus bundan sonra da təyyarənin istismar dövrü ərzində AZAL-a texniki dəstək göstərməyə davam edəcək.

Airbus rəsmisi çıxışında Azərbaycanın milli rəmzlərindən olan Xarıbülbül çiçəyinə də toxunaraq bildirib ki, bu simvolun ifadə etdiyi gözəllik, dözümlülük və birlik dəyərləri şirkətin fəlsəfəsi ilə səsləşir. O, həmçinin qeyd edib ki, yeni təyyarə ilk missiyalarından birində Azərbaycanın dövlət bayrağını ölkənin Milli Gün tədbirlərinə daşıyacaq.

Qeyd edək ki, Airbus A321neo yeni nəsil CFM LEAP mühərrikləri və Sharklets texnologiyası sayəsində əvvəlki modellərlə müqayisədə təxminən 20 faiz daha az yanacaq sərf edir. 180-220 sərnişin tutumuna malik təyyarənin maksimum uçuş məsafəsi 6800 kilometrdən artıqdır.

Xatırladaq ki, 2023-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə AZAL və Airbus arasında 12 yeni təyyarənin alınmasına dair razılaşma əldə olunub. AZAL-ın ilk Airbus A321neo təyyarəsinin təhvil alınması həmin proqramın həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

Bənzər Xəbərlər

Cəmiyyət

26 İyun-Silahlı Qüvvələr Günü: Azərbaycanın gücü və qürur mənbəyi 

İyun 24, 2026
Cəmiyyət

Sabah ölkəmizdə yağış yağacaq

İyun 24, 2026
Cəmiyyət

Xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb

İyun 24, 2026
Cəmiyyət

Bakı zooparkı ləğv olunur

İyun 23, 2026
Cəmiyyət

Bu tarixə kimi yağış yağacaq

İyun 23, 2026
Cəmiyyət

Qida məhsullarına dair reklamlar - Necə inanaq? - Mütəxəssisdən açıqlama+Video 

İyun 23, 2026

XƏBƏR LENTİ

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

24 İyun, 26 / 15:53

AZAL-ın aldığı yeni təyyarənin təqdimat mərasimi keçirilib

24 İyun, 26 / 15:52

“Ukraynaya sabitləşdirmə qoşunlarının yerləşdirilməsi yeni Berlin divarının yaradılmasına gətirib çıxaracaq”

24 İyun, 26 / 15:49

Ərdoğan: Türkiyə dünyada çəki və nüfuz qazanıb

24 İyun, 26 / 15:39

Oman Hörmüz boğazında müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb

24 İyun, 26 / 15:26

Qalibaf: “Gücdən çox məntiqə üstünlük verməkdə israrlıyıq”

24 İyun, 26 / 15:21

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.